"WhatsApp"da həyatınızı asanlaşdıracaq yenilik

"WhatsApp"da həyatınızı asanlaşdıracaq yenilik

Ən populyar mesajlaşma proqramı olan WhatsApp yeni funksiyası ilə gündəmdədir. WhatsApp-ın mesajlaşma vərdişimizi dəyişdirəcək funksiyası beta versiyası ilə ortaya çıxıb.

Teach.az xəbər verir ki, artıq şəxs siyahınızdakı bir nömrəni prioritetli siyahısına əlavə etdiyinizdə o şəxsdən gələn mesaj ekranınızda səsli bildiriş olaraq görünəcək. Digərləri isə görünməyəcək.

Telefonunuza baxdıqda ekranınızda oxunmamış onlarla WhatsApp mesajı görürsünüz və bu vəziyyətdən bezmisinizsə bu funksiya sizin həyatınızı asanlaşdıracaq.

WhatsApp-ın yeni versiyasının beta versiyasını lupa altına alan Android Police, WhatsApp-ın 10 fərqli bildiriş seçimi funksiyasını həyata keçirməyə hazırlandığı ortaya çıxıb. İstifadəçilərin şəxsləri fərqli kateqoriyalara almalarına icazə verəcək olan funksiya sayəsində istədiyiniz mesajlara önəm verərkən, istədiklərinizi arxa plana ata biləcəksiniz. Arxa plana atdığınız şəxslərdən gələn mesajlar ekranda görünməyəcək.

Fira