İlk dəfə meymun klonlandı - FOTOLAR

İlk dəfə meymun klonlandı - FOTOLAR

Çinli elm adamları dünyada ilk dəfə bir meymunu klonladıqlarını bildirib. Klonlanan Makak meymunlarının insan sağlığına aid araşdırmalarda model ola biləcəyi gözlənilir.

Teach.az xəbər verir ki, birinin adı Zong Zong, digərinin adı isə Hua Hua-dır. Onlar dünyanın klonlanan ilk Makak meymunlarıdır.

Çinli elm adamları 1996-cı ildə İskoçyada klonlanan qoyun Dolly-dən sonra ilk dəfə bir primat klonlayıb. Klonlama işinin qoyun Dolly ilə eyni texniklə edildiyi bildirilib.

Əməliyyat 2017-ci ildə Çin Akademiyasında həyata keçirilib. Araşdırmaçılar 2 aylıq olan meymunların vəziyyətinin sağlıqlı olduğunu söyləyib. Çinli elm adamları qarşıdakı günlərdə daha çox Makak klonlayacaqlarını bildiriblər.

Araşdırmaçılar insanla genetik olaraq eyni olan meymunların insan sağlığı mövzusundakı araşdırmalar üçün model ola biləcəyinə diqqət çəkiblər.

Fira