“Netflix” 24 milyon müştəri qazanıb
ABŞ-ın “Netflix” film-serial şirkətinin bazar dəyəri ilk dəfə olaraq 100 milyard dolları ötüb.
Teach.az-ın xəbərinə görə, şirkət 2017-ci ildə 24 milyon müştəri qazanıb. Ötən maliyyə ilinin 4-cü rübündə satışlar 33% artaraq 3,29 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti isə 1 il əvvələ nisbətən üç dəfə artıb.
“Netflix” bu il həyata keçirəcəyi layihələrə 8 milyard dollar xərcləyəcək. Şirkət 30 fərqli dildə proqramlar yayımlayacaq.
Qeyd edək ki, “Netflix” 1997-ci ildə Rid Hastinqs və Mark Rendolf tərəfindən yaradılıb. 2013-cü ildən bəri o, film, serial və teleproqramlar hazırlayır. 2016-cı ildə şirkət 126 film və serial çəkib. “Netflix”in dünya üzrə təxminən 100 milyon müştərisi var.