Twitter itkin bir itin adına görə iki hissəyə bölündü

Twitter itkin bir itin adına görə iki hissəyə bölündü

Bir istifadəçi Twitter-da Negro adlı itinin itdiyini bildirib.

Teach.az xəbər verir ki, itin adı Twitter istifadəçiləri arasında bir anda qalmaqal yaradıb. ABŞ-da "negro" zəncilərə qarşı təhqir olaraq istifadə olunan sözdür. Bu söz Twitter istifadəçilərini mənasız olaraq iki yerə bölüb.

Becky adlı bir Twitter istifadəçisi Twitter-da itinin şəklini paylaşaraq "Negro itdi. Xahiş edirəm görənlər mənə mesaj atsın." yazıb. Twitter əhalisi isə itin adının negro olmasını pisləyərək dəyişməsini bildirib.

Becky Meksika mənşəli bir şəxsdir və Meksikanın ana dili olan İspanca negro "qara" deməkdir. Yəni itin adı görünüşü kimi Qaradır.

Əlbəttə hər kəs bu qədər düşüncəsiz davranmayıb. Bəzi insanlar gənc qıza dəstək olaraq itin adının heç bir mənası olmadığını və qısa zamanda itinin tapılması üçün dua etdiklərini bildiriblər.

Fira