Telefondakı "IP" sertifikatları nə deməkdir?

Telefondakı "IP" sertifikatları nə deməkdir?

Xüsusi ilə son zamanlarda smartfonların bir çoxunda IP sertifikatları yer alır. Bəziləri IP68, bəziləri IP67 və ya başqa fərqli IP dərəcələri ilə yayımlanan telefonlardakı bu göstəricinin mənası nədir?

Başda Sony olmaq üzrə smartfon istehsal edən şirkətlər suya və toza davamlı telefonlar istehsal etməyə başladı və bu özəlliyi qiymətləndirmək üçün verilən sertifikatları IPXX kodları ilə kodlanır. Buda onların suya və toza davamlılıq dərəcəsini göstərir. İndi isə bu kodların mənasını açıqlayaq. IP-dən sonra gələn ilk rəqəm toza, ikinci rəqəm isə suya dayanıqlılıq səviyyəsini göstərir.

Əgər birinci rəqəm 0-dısa bu cihaz maddələrin (tozların) içəri daxil olmasına qarşı qoruma tətbiq etməz. Birinci rəqəm 1 dirsə yəni:
IP1X = 50 mm-dən böyük olan cisimlərə qarşı müdafiə tətbiq edər. 50 mm-dən böyük cisimlər cihazın içərisinə keçə bilməz.
IP2X = 12.5 mm-dən büyük cisimlərə qarşı müdafiə tətbiq edər.
IP3X = 2.5 mm-dən büyük cisimlərə qarşı müdafiə tətbiq edər.
IP4X = 1 mm-dən büyük cisimlərə qarşı müdafiə tətbiq edər.
IP5X = Toza qarşı qorunar ancaq bunu tam olaraq təmin etmir.
IP6X = Heçbir vaxt toz keçirtməz.

İndi isə ikinci rəqəmin mənalarına baxaq.
IPX0 = Cihaz suya qarşı tamamən qorumasızdır deməkdi.
IPX1 = Yuxarıdan (perpendikluyar) düşən su damlalarına qarşı qoruma deməkdir.
IPX2 = 0-15 dərəcəyə qədər yan istiqamətdə düşən su damlalarına qarşı qoruma tətbiq edər.
IPX3 = 60 dərəcəyə qədər su püskürməsinə belə davamlıdır deməkdir.
IPX4 = Cihaza hər hansısa bir istiqamətdən gələn su sıçraması cihaza ziyan vurmaz.
IPX5 = Cihaz hər hansısa bir istiqamətdən davamlı gələn suya qarşı qorunar.
IPX6 = Cihaz hər hansısa bir istiqamətdən gələn yüksək təziqli suya qaşı qorunar.
IPX7 = Suya düşməyə, qısa müddətli su altında qalmaya davamlıdır. Ancaq 30 dəqiqədən artıq suda qalarsa su sızması ola bilər.
IPX8 = Ən yüksək qoruma səviyyəsi. Su içində 30 dəqiqə və 1.5 metr dərinliyə qədər qala bilər.

Hal-hazırda ən yüksək sertifikat IP68 saylırı. Suya və toza qarşı tam qoruma.
Teach.az