iPhone-lardakı "i" hərfinin mənası nədir?

iPhone-lardakı "i" hərfinin mənası nədir?

Hər il milyonlarla satış həyata keçirən başda iPhone olmaqla Apple cihazlarının adlarının əvvəlində olan "i" hərfinin mənası nədi? Texnologiya nəhəngi Apple-ın bir çox cihazının adında istifadə etdiyi "i" hərfinin nə mənaya gəldiyini heç düşündünüzmü? Hər kəsin düşündüyü kimi "i" hərfi "mən" deyil başqa bir məqsədlə cihazların əvvəlinə əlavə olunub.

Apple-ın cihazlarının belə çox satılmasının arxasında cihazların sadə və özəl dizaynının olması ilə birlikdə adlarınında olduqca yadda qalan olması durur.
Məsələn iPhone-dan misal gətirsək ölkəmizdə insanların çoxu iPhone-nun hansı modeli olduğuna önəm vermədən sadəcə iPhone işlətmək üçün iPhone işlədirlər. Bunun nümunəsini artırmaqda olar. Bəs yaxşı iMac ilə birlikdə başlayan və iPhone, iPod, iPad ilə davam edən adların önündəki bu "i" hərfi nə deməkdi?

Əslində bunun sadə bir səbəbi var. 1997-ci ildə iMac üzərində işləyən Steve Jobs bu cihaz barədə: "Bu Macintosh-un sadəliyi və internetlə birləşməsidir." dedi. Jobs sözlərinə "Bu tam güclü bir Mac və o bir çox işi görə bilir. Ancaq ilk olaraq və ən önəmlisi isə 10 dəqiqə içində internetə bağlanmanızı təmin edir, əgər siz həyatınızda heç intetnet istifadə etməmiş olsanız belə". Bəli, Apple məhsullarının adlarının əvvəlində yer alan "i" hərfi internet sözündən gəlir. 1998-ci ildə çıxan iMac-ın ən önəmli özəlliyi interneti vurğulamaq istəyən Steve Jobs və komandası internet sözü ilə Macintosh sözlərini bir arada istifadə etmək üçün iMac adını fikirləşiblər. Daha sonra isə bu tendensiya digər məhsullardada davam edib.