App Store-da qısa müddətlik pulsuz olan 7 iPhone proqramı!

App Store-da qısa müddətlik pulsuz olan 7 iPhone proqramı!

App Store, iOS istifadəçilər üçün 7 proqramı qısa müddətlik pulsuz olaraq yayımlayır. Normalda pullu olan bu proqamlar qısa müddətlik pulsuzdur. Sizlər üçün bunları bir arada təqdim edirik. Proqramları şəkillərin altında yerləşdirilimiş linkdən yükləyə bilərsiz.

Fontz App



Fontz App yüklə

Proqramın normal qiyməti 3.99 dollardı. Yazılı mətn üçün bir çox yazı növü seçə və rənglərini dəyişə biləcəyiniz bu proqram gözəl bir dizayna sahibdir. Proqramın köməkliyi ilə şəkil çəkəbilərsiniz və ya qalereyada olan şəkilləri istifadə edə bilərsiniz.


Tile Rider



Tile Rider yüklə

Proqramın normal qiyməti 0.99 dollardı. Tile Rider, silah və maqnit ilə təchiz olunmuş kiçik bir maşının idarə edildiyi tək nəfərlik bir oyundur. Oyunda hekəy formatlı 35 fərqli seviyyə yer alır. Oyun maraqlı və məntiq tələb edən bir oyundur. Oyun daxilində pullu heç bir xidmət yoxdur və oynamaq üçün internet tələb olunmur.


Skee-Ball Plus



Skee-Ball Plus yüklə

Proqramın normal qiyməti 2.99 dollardı. Skee-Ball Plus, bütün oyun bazarında oynaya biləcəyiniz ən əyləncəli və hərəkət dolu küçə bowling oyunudur. Oyunun yüzlərlə çətinlik səviyyəsi var. Əlavə olaraq oyunda 3D oyun imkanıda var.


Animal Math Kindergarten Games



Animal Math Kindergarten Games yüklə

Proqramın normal qiyməti 4.99 dollardı. Proqram az yaşlı uşaqlar üçün heyvanlarla əyləncəli şəkildə riyaziyyat öyrənməyə kömək edir. Valideynlər və müəllimlər tərəfindən düzəldilən oyun ibtidai sinif riyaziyyat qaydalarını öyrədir.


Easy Returns



Easy Returns yüklə

Proqramın normal qiyməti 0.99 dollardı. Hərdən resept və ödəniş qəbzlərini qeyd etməyi unuduruq. Bu proqram sayəsində bütün reseptlərinizi və qəbzlərinizi qeyd edib onları asan yadda saxlaya bilərsiz.


RadioApp



RadioApp yüklə

Proqramın normal qiyməti 0.99 dollardı. Standart olaraq radio funksiyası olmayan iPhone-lar üçün ən yaxşı radio proqramlarından biridir. RadioApp, istifadəçilərə yerli və dünya radio kanallarından asan istifadə etməyə kömək edir. Əlavə olaraq proqram radioda oxunan mahnının adınıda sizə göstərir.


GearTheme – Live Wallpapers HD



GearTheme – Live Wallpapers HD yüklə

Proqramın normal qiyməti 1.99 dollardı. Proqramda nanılmaz canlı ekran şəkilləri var. Proqram iPhone 6s, 6s Plus, iPhone 7 və 7 Plus modelləri üçün hazırlanıb. Ekran şəkiləri həftəlik olaraq yenilənir.

Qısa müddətlik təqdim olunan pulsuz proqramlar bu qədər. App Store tərəfindən yeni pulsuz proqramlar yayımlandığında sizlərə təqdim olunacaq. Əlavə olaraq Android platformalı telefonlar üçündə pulsuz proqramlar təqdim edirik. Yenilikləri qaçırtmamaq üçün bizi izləyin.