Iki kameralı Sony Xperia XZ Pro

Iki kameralı Sony Xperia XZ Pro

Sony-nin yeni modeli Xperia XZ Pro ortaya çıxdı. Önümüzdəki MWC 2018-də tanıtılması gözlənilən Sony Xperia XZ Pro haqqında son məlumatlar.

Ötən günlərdə keçirilən CES 2018 sərgisində Xperia XA2, XA2 Ultra və Xperia L2 modellərini tanıdan Sony əsas bombasını isə MWC 2018-ə saxlayır. Uzun müddətdir ki, dəyişdirmədiyi dizayna görə tənqid atəşinə tutulan Sony deyilənə görə 2018-ci ildə köklü dəyişiklik planlaşdırır. 18:9 nisbətində 5.7 düyümlük OLED 4K ekran istifadə edəcəyi model böyük ehtimalla tənqidləri susduracaq.



Əlavə olaraq modeldə Snapdragon 845 processor, 6 GB RAM və 128 GB daxili yaddaş olacaq. Əlbətdəki Sony-nin klassikləşən suya və toza davamlılıq xüsusiyyəti isə IP68 sertfikatı ilə təmin olunacaq.

Kamerada isə Sony Xperia XZ Pro 1.33 μm və 1.38 μm-lik bir piksel ölçüsünə sahib 12 Megapiksel və 18 Megapiksel iki kamera quruluşuna sahib olacağı gözlənilir. Ön tərəfdə isə 13 Megapiksellik bir kamera yer alacaq.



Android 8.0 Oreo əməliyyat sisteminə sahib olacağı gözləniln model gücünü isə 3420 mAh batareyadam alacaq. Qiyməti isə iddialara görə 930 dollar civarında olacaq.