Boru şəklində super minimalist ev

Boru şəklində super minimalist ev

Müasir dövrün ən xoş görülən düşüncəsi olan minimalizm bu evlərlə reallaşır. 2.4 metr eni 8 metr uzunluğu olan bu boru evlər OPod adlanır. Evin içərisində hər şey var - qonaq otağı, yatağ otağı, mini soyuducu, hamamı və anbarı belə var.

Hong Konglu bir memar tərəfindən hazırlanan bu proyekt beton su boruların kiçik evlərə çevrilməsi fikri ilə reallaşıb. Xüsusi ilə sıx məskunlaşan şəhərlərdə yaşanan yer probleminə çarə olaraq nəzərdə tutulub.

Bu evlər bir yada iki nəfərin yaşaması üçün nəzərdə tutulub. İçərisində bir ədəd yataq, kiçik soyuducu, duş kabinəsi, əşya şkafı var. Həmçinin istədiyiniz vaxt qonaq otağına çevirə biləcəyiniz bir quruluşa sahibdir.

Böyük şəhərlərin su kanallarının çəkilməsi üçün istifadə olunan borulardan hazırlanan bu evlər ümumi istehsal üçün 2 qat qənaətcil hesab olunur. Bir OPod-un dəyəri isə 15.000 dollardı.

OPod-un salon görünüşü. Divan açılabilən çarpayı formasındadı:



Bu prototiptə isə iki fərqli OPod var və birliktə bir ev olurlar. Arxadakı OPod-da isə hamam var:



Layihə şəhərlərdə olduqca az yer tutmaq üçün planlaşdırılıb:





Aşağıdakı videoda prototiplərin necə istifadə olunduqlarını izləyə bilərsiz: