WhatsApp-da Youtube video dəstəyi

WhatsApp-da Youtube video dəstəyi

WhatsApp yeni yayımladığı yeniləmə ilə iOS istifadəçilərinə proqram daxilində YouTube videolarına baxma funksiyasını təqdim edib. Ancaq bu hələki iOS üçündür Android və Windows platformalı telefonlar üçün bu funksiya hələki yayımlanmayıb.



İstifadəçilər WhatsApp üzərindən hərhansısa bir YouTube videosunu göndərdikdə və ya aldıqları mesaj bağlantısına toxunduqlarında play düyməsi çıxır və düyməyə toxunmaqlar video digər pəncərədə göstərilir.



Video göstərilərkən istifadəçilər istəsələr tam ekran olaraq videonu izləyə bilərlər. Əlavə olaraqda video bax baxa digər istifadəçilərlər yazışa bilər və ya pəncərənin proqram daxilində yerini dəyişdirə bilərlər.



Əgər WhatsApp-da YouTube dəstəyi görmürsünüzsə App Store-u açın və WhatsApp-ın 2.18.11 versiyasını yükləyin. Çox təəssüf ki, YouTube dəstəyi hələki Android və Windows Phone istifadəçilər üçün təqdim edilməyib.