2025-ci ilə kimi gözlənilən elektrikli avtomobillər

2025-ci ilə kimi gözlənilən elektrikli avtomobillər

Böyük investisiyaların yatırıldığı avtomobil bazarı inkişaf etməyə davam edir. Teach.az növbəti 7 il ərzində təqdim olunması gözlənilən elektriklə işləyən maşınları sizə təqdim edir.



Porsche Mission E
Porsche Mission E, 2019-cu ilin sonuna doğru bazara çıxacaq və qiyməti 75.000 dollar civarında olacağı gözlənilir. Maşına naqilsiz olaraq elektrik yükləmək mümkün olacaq. Avtomobil iki motor, 600 at gücü və enerji yükləmə seriyasının üzərinə oturaraq enerji yükləməyə sahib olacaq.




Volkswagen I.D. Buzz​
Volkswagen ikonik mikro avtobusu I.D Buzz ilə yenidən canlanır. Buzz 2022-də bazara çıxacaq. Buzz-un dəyişdirilə bilən bir salonu olacaq. Hərəkət etdirə biləcəyiniz və yerini deyişdirə biləcəyiniz oturacaqlar salonun fərqli məqsədlər üçün dəyişdirilməsinə kömək edəcək.




Volkswagen I.D.​
Microbus I.D. Buzz çıxmamışdan əvvəl Volkswagen I.D. modelini sərgiləyəcək. Şirkətin 2020-də bazara çıxartmağı planlaşdırdığı crossover SUV Volkswagen I.D.. Avtomobil ən son texnologiyalara sahib olacaq. Volkswagen avtomobilin səslə yoxlanıldıqdan sonra hərəkətə keçəməyə icazə verəcəyini bilidrdi.




Jaguar I-Pace
Jaguar bu il ilk tam elektriklə işləyən avtomobili I-Pace-ı çıxaracaq. I-Pace lüks bir avtomobil kimi premium özəlliklərə sahib olacaq. 400 at gücü və 4 saniyədə 0-100 km/h sürət yığa biləcək.




Aston Martin RapidE​
Aston Martin ancaq 155 RapidE sedanı istehsal edəcək. Avtomobil 2019-da satışa çıxacaq. Aston Martin maşının Tesladan üstün olacağını fikirləşir. Premium avtomobilin dəyəri 255.000 dollar olacaq. Aston Martinin CEO-su Tesla-nın təqdim etdiyi hər hansısa bir modeldən üstün olacağını iddia edir.




Tesla Model Y​
Tesla yaxında çıxmalı olan Tesla Model Y üçün dəqiq bir tarix açıqlamayıb. Ancaq şirkətin sahibi Elon Musk 2020-ci ilin sonuna qədər satışda olacağını bildirib. Avtomobil haqqında hələki çox məlumatımız yoxdur ancaq Musk Model 3 dən fərqli bir platforma üzərində qurulacağını bildirib.




Mercedez-Benz EQ
Mercedes-Benz 2022-ci ilə qədər bütün modellərinin elektrikli versiyasını satmağı planlaşdırır və Concept EQ avtomobilinin 10 il içində hazır olacağını açıqlayıb. Mercedes-Benz-in yeni sükan paneli bu avtomobilədə uyğunlaşdırıla bilər. Avtomobilin salonu Mercedes-Benz-in səsli idarəetməsi və 3D sensorla işləyən ekranlara sahib yeni MBUX dizaynından faydalanması gözlənilir.




Tesla Roadster
Tesla 2017-ci ilin noyabr ayında yeni Roadster-i təqdim etsədə şirkət, avtomobili 2020-ci ildə satışa çıxaracığını bildirdi. Elon Musk, avtomobilin inanılmaz dərəcədə sürətli olacağını söylədi. Elon Musk avtomobilin 402 km/h ən yüksək sürəti və 0-100 km/h-ə 1.9 saniyədə çata bilmə kimi inanılmaz imkanlarının ola biləcəyinidə dedi.




Nissan IDS​
Nissan Elektrikli IDS-ləri üçün 2020-ci ilə kimi özügedən sürmə texnologiyasına sahib olmağı hədəfləyir və buda IDS modelini 2025 ci ildə təqdim olacağı nəticəsinə gəlir. IDS planeşt formasında bir sükana sahib olacaq. Sürücülərin avtomobili avtomatik və ya mexnik olaraq idarə etmə seçimləri olacaq. Avtomatik sürüş modunda sükan planşetə çevrilir.




Fisker EMotion​
Əfsanəvi avtomobil dizayneri Henrik Fisker EMotion elektrikli avtomobilini 2019-cu ilin sonuna qədər bazara çıxarmağı düşünür. Fisker, avtomobilin inanılmaz xüsusiyyətlərə sahib olacağını iddia edib. 2016-cı ilin oktyabr-da keçirilən təqdimatda bu avtomobilin tam enerji dolumunda 400 mil daha artıq məsafə qət edəcəyini və sadəcə doqquz dəqiqədə enerji doldurulacağını bildirdi.


Şirkətlərin elektrikli avtomobillərə ayırdıqları investisiyalar həqiqətən çox yüksəkdi. Gördüyümüz bu dizayn və xüsusiyyətlər bir müddət sonra bazarda öz yerini tutacaq. Bazara indidən bu qədər çox inkişaf etmiş texnologiya daxil olduğunu düşünsək bundan 50-100 il sonra nələrin olacağını təsəvvür etmək inanılmazdı.