WhatsApp maraqla gözlənilən funksiyanı təqdim etməyə hazırlaşır

WhatsApp maraqla gözlənilən funksiyanı təqdim etməyə hazırlaşır

Bu günə qədər tətbiq etdiyi yeni funksiyaları ilə məşhur olan WhatsApp yenidən gündəmdədir. Populyar mesajlaşma şəbəkəsi WhatsApp milyonlarla istifadəçisinin maraqla gözlədiyi yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Teach.az xəbər verir ki, WhatsApp-da tez-tez qarşılaşdığınız spam mesajlarından bezmisinizsə, platforma bu mesajları əngəlləmək üçün hərəkətə keçib. Əldə edilən məlumatlara görə WhatsApp reklam ya da yalan xəbərlərin yayılmasına səbəb olan spam mesajlarının qarşısını almaq üçün yeni bir funksiya üzərində çalışır.

WhatsApp 25-dən çox göndərilən mesajları spam olaraq qəbul edəcək və bu mesajı yayan şəxsi avtomatik olaraq əngəlləyəcək.

Fira