Galaxy S6 üçün Android 8.0 Oreo surprizi

Galaxy S6 üçün Android 8.0 Oreo surprizi

Android istifadəçilərinin səbrsizliklə gözlədiyi Android 8.0 Oreo yeniliyi hələki bəzi telefonlar üçün yayımlanmış olsa da, hələdə bir çox smartfon sahibləri bu yeniliyi gözləyir. 3 illik bir telefon olan Galaxy S6 sahibləridə onların arasında.
Bir istifadəçinin müştəri xidmətləri ilə danışığı internetə yayılıb. Android Oreo yeniliyinin Yanvar və ya fevral aylarında yayımlanacağını deyən təmsilçi, hələki dəqiq bir gün olmadığınıda vurğulayıb. Yenilik gəldiyində cihazın bu barədə xəbərdarlıq verəcəyini və yükləməni başladacağını deyən təmsilçi S6-nında bu proqrama daxil olduğunu təsdiqlədi.



Nisbətən köhnə olan Samsung S6-a bu yeniliyin gəlməsi digər Samsung modellerinədə də Oreo -nun olması ehtimalını artırır.