“WhatsApp”da mesajlar üçün yeni nişan tətbiq ediləcək

“WhatsApp”da mesajlar üçün yeni nişan tətbiq ediləcək

“WhatsApp” istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək.


Teach.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, tərtibatçılar ümid edir ki, yeni funksiya istifadəçilərə spam və lazımsız mesajlardan tez bir zamanda xilas olmağa imkan verəcək, həmçinin qrup çatlarında ünsiyyəti asanlaşdıracaq.


Yeni funksiya proqramın növbəti yeniləməsində əlçatan olacaq. Hazırda yalnız beta-versiyada ondan istifadə etmək mümkündür.


Bundan əvvəl “WhatsApp” messenceri mesajı göndərəni müəyyənləşdirməyə imkan verən və feyklərlə mübarizə aparan "göndərilmiş mesaj" nişanını tətbiq etmişdi. Bundan başqa, iyunun sonunda sözügedən proqramın tərtibatçıları, “Telegram” messencerində olduğu kimi, kanal yaratmaq funksiyasını əlavə ediblər.