Smartfonlar üçün ən təhlükəli tətbiqlər - "FACEBOOK", "WHATSAPP"...

Smartfonlar üçün ən təhlükəli tətbiqlər - "FACEBOOK", "WHATSAPP"...

Mütəxəssislər korporativ müştərilərə zərər verə biləcək ən təhlükəli mobil tətbiqlərin reytinqini tərtib ediblər.

Teach.az-ın İKT.lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə “Appthority” şirkəti xəbər verib.

Mütəxəssislər “WhatsApp” və “Facebook Messenger” tətbiqlərini iOS cihazlar üçün ən riskli tətbiq elan ediblər. Həmçinin liderlərin ilk üçlüyünə “Waze” naviqasiya proqramı da daxil edilib.

Bundan başqa, “WhatsApp” və “Facebook” proqramları “Android” əməliyyat sistemi ilə idarə edilən smartfonlar üçün də olduqca təhlükəlidir. Burada üçüncü yerdə Rusiyanın “Telegram” messenceri qərarlaşıb.

Qeyd edilir ki, “Waze” və “Telegram” bu siyahıya ilk dəfədir daxil olurlar.

Tətbiqlər 10 ballıq şkala üzrə qiymətləndirilir. “Facebook” və “WhatsApp” messencerləri 7 bal alıblar. Burada yüksək qiymət o deməkdir ki, tətbiqlər müəssisə ilə bağlı məlumatları servislərə göndərə bilirlər və ya təhlükəsizlik siyasətinə uyğun deyil. Misal üçün, bu reytinqdə olan bəzi tətbiqlər telefon nömrələrinin siyahısını və SMS-ləri göndərir, həmçinin HTTPS protokolunu söndürür.

Şirkət həmçinin məlumat sızmasının qarşısını almaq üçün şirkətlər tərəfindən qara siyahıya atılan proqramlar haqqında da söz açıb. Çox vaxt qadağalara messencerlər, sosial şəbəkə müştəriləri və onlayn tanışlıq xidmətləri düşürlər.