Windows-un yenilənmələrindən imtina olunur

Windows-un yenilənmələrindən imtina olunur

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sistemi üçün aktual yeniləmələrin çatdırılması mexanizmini dəyişdirmək niyyətindədir.

Teach.az Milli.Az-a istinadən bildirir ki, "Microsoft" korporasiyasının nümayəndəsi yalnız kompüterdə yeniləmələrin əvvəlki versiyası olduğu halda ona quraşdırılan aylıq delta-yeniləmələrdən imtina etmək niyyətini açıqlayıb. Delta-yeniləmələrin əməliyyat sisteminin komponentlərinə vacib dəyişikliklər etdiyi məlum olub.

İndi istifadəçilərə ekspress yeniləmələr göndəriləcək. Bu yeniləmələrin tutumu bir neçə dəfə az olduğuna görə şəbəkəyə ümumi yüklənmə azalacaq. Böyük həcmli yeniləmələri "Full Update" paketlərinin quraşdırılması vasitəsilə reallaşdırmaq planlaşdırılır.