HTC-nin yeni modelinin ilk görüntüləri

HTC-nin yeni modelinin ilk görüntüləri

İnternetdə yeni HTC U12 flaqman smartfionunun ilk görüntüləri yayılıb.

Teach.az-ın Rusargument.ru saytına istinadən məlumatına görə, bu şəkillərdə model bütün tərəflərdən nümayiş edilib.

Bir çox bütün müasir cihazlar kimi, Tayvan brendinin yeni məhsulu çərçivəsiz olacaq. Onun əsas xüsusiyyəti isə əsas və arxa kameraları olacaq ki, onların hər biri ikilidir.

Cihazın yan panellərində dizaynerlər nazik çərçivələr yerləşdiriblər ki, bu çərçivələrə görə aparat daha da ultra müasir görünür.

HTC U12 modeli əlavə edilmiş daktiloskopik skaneri ilə də öyünə bilər. Yeni cihaza görə alıcının nə qədər pul xərcləyəcəyi barədə isə heç bir məlumat verilmir.