Bakı metrosunun proqramı yaradılıb

Bakı metrosunun proqramı yaradılıb

Android əməliyyat sistemi üzərindən işləyən cihazların sahibləri “Bakı metropoliteni”nin interaktiv xəritəsindən istifadə edə biləcək.

Teach.Az xəbər verir ki, bu barədə Trend-ə layihənin rəhbəri Şamxal Bayramov məlumat verib.

Onun sözlərinə görə, müvafiq proqramın ilkin versiyası Play Market-də yerləşdirilib.

Proqramın linki

“Tədbiq Rusiyanın “Yandeks.Metro” proqramının funksiyalarına malik olacaq, bu da nəqliyyatda gedişi planlaşdırmağa, yola sərf edilən vaxtı hesablamağa və optimal marşrut seçməyə imkan yaradacaq. Hələlik mobil tədbiqin cari versiyası informativ xarakter daşıyır, lakin növbəti yenilənmədən sonra proqram interaktiv olacaq və ona yeni funksiyalar əlavə ediləcək”, - deyə layihə rəhbəri bildirib.