Google brendinin qiyməti 300 mlrd. dolları keçib – YENİ REYTİNQ

Google brendinin qiyməti 300 mlrd. dolları keçib – YENİ REYTİNQ

"Kantar Millward Brown" marketinq agentliyi dünyanın ən bahalı brendlərinin yeni reytinqini tərtib edib.

Teach.az Milli.Az-a istinadən xəbər verir ki, siyahıda birinci yeri 1 il əvvəl olduğu kimi, 302,1 milyard dollar qiymətləndirilən "Google" brendi tutub.

"Apple" 300,6 milyard dollar qiymətləndirmə ilə ikinci mövqedə qərarlaşıb. Liderlər üçlüyünü il ərzində 1,5 dəfə - 207,6 milyard dollaradək bahalaşan "Amazon" brendi tamamlayıb.

Reytinqdə iştirak edən bütün 100 brendin ümumi dəyəri il ərzində 21 faiz artaraq 4,4 trilyon dollar təşkil edib.

Qeyd edək ki, "Kantar Millward Brown" mütəxəssisləri reytinqin hazırlanması üçün dünyanın 3,6 milyon istehlakçısının 50 bazarda təmsil olunan 120 min brendə münasibətini öyrənib, eləcə də brend sahibi olan şirkətlərin maliyyə göstəricilərini tədqiq ediblər.