iOS 11.4.1 yayımlandı

iOS 11.4.1 yayımlandı

Apple daha əvvəl də dediyimiz kimi iOS 12'ə fokuslanmaq istəyir. Bu səbəbdən iOS 11 üçün yayımlanan yenilənmələri artıq dayandıracaq. Son yenilənmə olan iOS 11.4.1, 5 Beta versiyadan sonra stabil olaraq yayımlandı. Bu versiyanın ən böyük fərqi performans və stabilliyi artırmasıdır.
Teach.az technote.az-a istinadən bildirir ki, iOS 11.4.1 ilə Find My iPhone və cihazlarda aktiv olan akkountlar arası kontakt, mail sinxronizasiya problemləri həll oldu. Performans/stabillik artacaq.

Yenilənmənin həcmi 250 MB-dir və iOS 11 üçün yayımlanan son yenilənmə olacaq. Apple bütün software/dev komandasını iOS 12-ə fokuslamaq istəyir. Həmçinin watchOS 4.3.2, tvOS 11.4.1 və HomePOD 11.4.1 yenilənmələri də yayımlandı.

Dəstəkləyən cihazlar:

iPhone 5S/SE, iPhone 6/6S/6 Plus/6S Plus, iPad Air/Air 2/Pro/9.7, iPad Mini 2/3/4, iPhone 7/7 Plus, iPhone 8/8 Plus, iPhone X