Bədən hərəkətinizlə sevginizi ifadə etməyin yolları
Əlaqənin yetmiş faizinin bədən dili ilə qurulduğunu və dediklərimizin ayrı-ayrılıqda bir mənası olmadığını hamımız bilirik. Qarşımızdakı insanın duruşundan, jestlərindən və mimikasından yola çıxaraq nə fikirləşdiyini başa düşə bilərik.
“Quasi-courtship behaviour in psychotherapy” (Psixoterapiyada sevgi davranışı) adlı məqaləsində Dr. Albert Scheflen qarşı cinsdən birinin yanına gəldikdə fizioloji dəyişikliklərin olduğunu bildirir. Scheflenə görə həyəcanlı bir qarşılaşma üçün üz və gözlərdə torbalanma azalır, sinə irəliyə çıxarkən qarın içəri çəkilir, dik duruş yaranır və insan daha gənc görünür. Bunlar əsasən fərqində olmadan etdiyimiz hərəkətlər olur.
Teach.az sizə bəyəndiyiniz insana bədən dili ilə doğru siqnallar verməyin bəzi yollarını təqdim edir:
Qarşınızdakına doğru yaxınlaşmaq
Bir divanda oturarkən arxaya söykənmək, uzanmaq, yəni bədəninizin yanınızdakı insana tərəf dönük olmaması, onunla maraqlanmadığınız mənasını verir. Əgər aranızda məsafə varsa, həmin insana hissinizi bəlli etmək üçün danışarkən və qulaq asarkən yavaşca ona yaxınlaşa və ya başınızı azca sağa əyə bilərsiniz.
Bədəninizi o insana doğru döndərmək
Ayaqda durarkən ayaq uclarınızın göstərdiyi yer əsasən durmaq istədiyiniz yerdir. Bədəniniz qapıya tərəfdirsə tez bir zamanda çıxıb getmək istədiyiniz düşünülər. Bədəniniz qarşınızdakı insana doğru olmalı və onun etdiyi jestlərə uyğun hərəkətlərə qarşılıq verməlidir.
Söhbət edərkən gözlərə, qulaq asarkən isə dodağa baxmaq
Bir insanın gözünün içinə baxaraq danışmaq, söylədiklərinə nə qədər diqqət etdiyinizi göstərir. Qarşınızdakı insan danışarkən onun dodağına baxmaq isə bir az daha yaxın münasibətin olduğunu və ya yaxın olmaq istədiyinizi bildirir.
Qadınlarda və kişilərdə fərqli davranış jestləri
Allan Pease "Bədən dili" adlı kitabında qadınların kişilərə nəzərən daha çox flört hərəkətlərə sahib olduğunu bildirir.
Kişilərin bədən dili ilə flört etdikləri bu hərəkətlərlə bilinir:
Qalstukunu və ya yaxasını düzəltmək
Çiyinlərindən tozları təmizləmək
Əlini saçına vurmaq
Əlləri belində durmaq
Ayaqları aralı oturmaq
Qadınların flört hərəkətləri:
Saçıyla oynamaq
Geyimini düzəltmək
Kəmər, çanta ya da cibinə əlini salmaq və baş barmağını çöldə saxlamaq
Bilək içini göstərəcək formada dayanmaq
Nazla yerimək
Dodaqları tez tez islatmaq
Ayağı ayaq üstə aşıraraq oturmaq
Ayaqqabını yavaşca çıxarıb ayaq ucunda yelləmək
Ayaqları yavaşca bitişdirib ayırmaq
Çəkici rəngdə pomada çəkmək
Oturaq vəziyyətdə ya da ayaq üstə durarkən ayaqları normaldan cox açmaq.
Fira