Alimlər 5 saniyə doldurulan akkumulyator yaradıb

Alimlər 5 saniyə doldurulan akkumulyator yaradıb

Çinli alimlər tam olaraq dolması üçün cəmi 5 saniyə lazım olan akkumulyator yaradıb.

Teach.az-ın “İnforeaktor” nəşrinə istinadən məlumatına görə, onlar qeyd ediblər ki, bu innovasiya adi katod konstruksiyasından fərqlənir ki, o da alüminium-ion akkumulyatorun istifadə müddətini artırır.

Belə akkumulyatorun doldurulması üçün cəmi 5 saniyə lazım olur. Alimlər iddia edirlər ki, tərtibat 250 min sikl dolub boşalmağa, həmçinin 120 dərəcəyə qədər temperatura dözə bilir. Yaradıcıları əsas diqqəti ona yetiriblər ki, alüminium-ion akkumulyatorun istehsalının qiyməti böyük deyil. Bundan başqa, onların istifadəsi zamanı alışıb yanma riskləri mövcud deyil.