Astral səyahət nədir və həqiqətən mümkündürmü?
Astral səyahət termini okkultizm və tesofuyada istifadә edilәn bir termin olub bir şəxsin yatdığı halda, parapsixologiyaya inananların bәdәni ya da astral bədəni (spiritualizmdeduble) ya da maddələrdən meydana gəldiyi deyilən "bədəniylə " (ruh) fiziki bədəni xaricində şüuru yerində olaraq başqa məkanlarda gəzmək üzrə etdiyi səfərə və bu bədəniylə yaşadıqlarını söylədiklərinə deyilir.
Elmdə nə "astral bədən ", nə də "ruh " anlayışları var. İkisi də psevdoelmin yaratdığı mistisizm elementləridir. Aparılan heç bir araşdırmada görə, astral səyahət iddiasında olanların bir şeyi bilmә faizi, təxmini doğrunu bilmə faizindәn (50%) belə aşağıdır. Astral səyahət (Astral Projection) insanların yanlış yuxu anlayışından qaynaqlanan və mistik elementlərә qarşı duyduğu zəiflikdən yaranan bir mifdir. Əsasında Lucid Dreaming (yarı-oyanıq yuxu, Lusid yuxu) təcrübəsinin səhv açıqlanması dayanır. İndiki vaxtda həqiqətən astral sәyahət ilə əlavə bir məlumat sahibi olan kimsəyə rast gəlinməyib. Üstəlik bu iddianın isbatlayan şәxsә 1 milyon dollarlıq bir mükafat verilmәsi nәzәrdә tutulub. (James Randi vəqfi).
Lucid Dreaming (yarı-oyanıq yuxu) beynin yuxu vəziyyətinə tam olaraq keçmәmәsinә baxmayaraq, bədənin yuxu vəziyyətinə keçirilmәsi nəticəsində meydana gəlir. Bu vəziyyətin pis bir versiyası — yuxu apnesi (qarabasan) görüldüyü halda kabus, müsbət yuxular görüldüyündə "Lucid Dreaming " olaraq xatırlanır. Bu hadisə əsnasında beynin yuxu rejiminə keçmәsi lazım olan bölgələri işini davam etdirir və ətrafdan gələn məlumatlar yarı-şüurlu olaraq analiz edilmәyә davam edir. Bu səbəblə əgər bu dövrdə yuxu görülərsә şüurumuz "yarı-şüurlu " olaraq bu yuxuları da fərq edəcək, bu səbəbdən duyğu orqanlarımızla bu yuxunu idarə etməmiz mümkün olur. Bu yarı-şüurlu yuxu təcrübəsidir və düzgün bir şəkildə çalışmaqla öyrənilə bilinәn bir qabiliyyətdir.
Astral Sәyahәtin elmdənkənar olmasının səbəbi "ruh " anlayışının isbatsız olaraq qəbul edilməsi və bu anlayış üzərindən yola çıxılaraq ruhun zaman və məkandan asılı olmadan keçmişə, bu günə və gələcəyə gedib, hər hansı bir bölgəyə istənilәn kimi çata bilmә arqumentinin qəbul edilməsidir. Elmdə ruh deyə bir anlayış yoxdur vә ayrıca, elmi olaraq gələcəyi və hətta indiki zamanda fərqli coğrafi bölgәdәki bir hadisəni yuxu əsnasında görməyin bir yolu yoxdur. Astral səyahət etdiyini iddia edən insanlar yalnız özlərini yuxularında gördükləri Lucid Dreaming təcrübəsini yaşamış fərdlərdir.
Yarı-oyanıq yuxu əsnasında fərd əslində beyni tam olaraq yatmadığı üçün şüurludur, lakin bunun tam olaraq fərqində deyil. Bu səbəbdən oyandığında və gördüyü yuxunu xatırladığında yuxunu idarə etdiyini hesab edir. Əslində həqiqətən nəzarət edir, çünki şüuru yarı-açıq olduğu üçün "nə düşünəcəyinә " qərar verə bilər, bu da vizual məlumat olaraq, yəni yuxu olaraq beyinə əks olunur. Ancaq eyni zamanda da tam nəzarət edə bilməz, çünki yuxularda çox vaxt qarşımıza çıxan üzlər və görüntülər şüuraltında bizdən asılı olmayaraq determinizm tərəfindən seçilir.
Belə bir maraqlı təcrübəyə baxaq. Randi vəqfinin astral səyahət iddiasında olanlar üzərində edilən araşdırmasında iddia edən şəxsdən əvvəl astral səyahət etməsi istənmişdir. Həmin şəxs astral səyahəti zamanı Yupiter planetinə gedib oradan məlumat aldığını iddia etmişdir. Bu arqumentindәn sonra da özündən 65 fərqli məlumat alınmışdır. Edilәn araşdırmalar nəticəsində bu məlumatların 11 -i doğru geri qalan hamısının isə ya tamamilə ya da qismən səhv olduğu təsbit edilmişdir. Doğrulardan 7-si aşkar bir şəkildə bilinən gerçəklər, 4-i isə hər hansı bir kitabından öyrənilmәsi mümkün olan mәlumatlardır idi. Bu səbəblə sınaq tam bir müvəffəqiyyətsizliklə nəticələnmişdir.Fərqli universitetlərdə də bənzər təcrübələr edilmiş və heç birində hәqiq bir bədən-xarici təcrübə yaşanmadığı, hamısının sadә yuxuların mürәkkәb açıqlamasından yaranan səhvlər olduğu və istisnasız hamısının yarı-oyanıq yuxudan ibarət olduğu göstərilmişdir.
Teach.az (mənbə-technote.az)