Telegram yenilikləri ilə WhatsApp-a meydan oxuyur!

Telegram yenilikləri ilə WhatsApp-a meydan oxuyur!

Telegram yenilikləri ilə bir dəfə daha istifadəçilərini olduqca məmnun edəcəkmiş kimi görünür. iOS üçün Telegram 4.8.3 və Android üçün Telegram 4.8.10 versiyaları ilə birlikdə Telegramın xüsusiyyətləri artır.
Telegram yenilikləri nələr təqdim edir?

Telegram yeni xüsusiyyətləri arasında əvvəlcə media dəyişdirmə önə çıxır. Söhbət əsnasında qarşı tərəfə səhvən yalnış bir fotoşəkil göndərəndə bu xüsusiyyət yenə köməkçi olacaq və bizlərin başın beladan qurtaracaq. Daha əvvəl tək variantınızda mesajı silmək olduğunu xatırladaq. Məlumdur ki, göndərilmiş mesajları redaktə etmək mümkündü ancaq bu variant göndərilən medialar üçün etibarlı deyildi. Yeniləmə ilə birlikdə artıq eyni mətn göndərməsi kimi media göndərişlərini də redaktə edə biləcəksiniz. Medianın fotoşəkil və ya video olub olmadığı mənasızdır. Mesajın "redaktə olunub" şəklində görünəcəyini də vurğulayaq.


Bir digər yeni xüsusiyyət isə səsli qeydləri artıq 2 qat sürətli bir şəkildə istifadə edəcək olmanızdır. Bu yenilik, uzun bir səsli qeydi dinləyərkən böyük rahatlıq təmin edəcək. Səbirsiz istifadəçilərin buna çox sevinəcəyinə əminik. Birdən çox telefon nömrəsi və müxtəlif məlumatlar ehtiva edən şəxs qeydlərini da artıq qarşı tərəfə göndərə biləcəklər. Daha əvvəl yalnız əsas telefon nömrəsini göndərə bilirdinizz. Qısacası, vCard içərisindəki bütün məlumatların seçimi artıq mümkün olacaq.

Android versiyası üçün söhbətləri ön izləmə xüsusiyyəti də sonunda gəldi. Söhbət siyahınızdakı bir adamın və ya qrup söhbətin profil şəkilinə tutaraq açılan pəncərədən ən yeni mesajları görmə imkanına qovuşursuz. iOS istifadəçiləri isə 3D Touch ilə hal-hazırda bu xüsusiyyəti istifadə edə bilərlər.

Yalnız Android üçün xüsusi bir digər yeni xüsusiyyət isə mətnləri işarələmək və bunlara əlaqə əlavə etmək. Beləcə söhbət axışında uzun bir URL yerinə, tətbiq mesajın altındakı əlaqə üçün bir ön izləmə meydana gətiriləbilir.

Telegram aktuallaşdırması üçün App Store və Google Play Store mağazalarını dərhal ziyarət edə bilərsiniz.