“iPhone X” Yaponiya və Britaniyada ən çox satılan smartfon olub
Təcrübəli analitiklər bildiriblər ki, “Apple” şirkətinin “iPhone X” cihazı Böyük Britaniya və Yaponiyada ən çox satılan smartfon elan edilib.
Teach.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, “Kantar Worldpanel ComTech” analitik agentliyinin son məlumatlarında bildirilir ki, Böyük Britaniya ərazisində milad bayramları ərəfəsində “iPhone X” smartfonlarının satışları 15 faiz artıb. Eyni zamanda “iPhone 8” və “Galaxy S8” smartfonlarının satışları isə eyni qalıb.
Həmçinin “Apple iPhone X” Yaponiyada ən çox satılan smartfon olub ki, bu ölkədə bütün satışların göstəriciləri 18,2 faiz təşkil edib. “Kantar” iddia edir ki, Çindəki tələbat bütün gözləntiləri üstələyib.
Xatırladaq ki, bundan əvvəl amerikalı analitiklər bildiriblər ki, “iPhone X” smartfonlarının ucuzlaşması Sinqapur, Tayvan və ABŞ-dakı pis satış göstəricilərə görə ola bilər.