Kosmosda ilk dəfə kəşf edildi: Yerdənkənar sivilizasiya ehtimalı artır

Kosmosda ilk dəfə kəşf edildi: Yerdənkənar sivilizasiya ehtimalı artır

Alimlər Saturn planetinin altıncı ən böyük peyki olan Enseladusda kompleks karbon əsaslı molekullar kəşf ediblər.

Teach.az xəbər verir ki, bu struktur əvvəllər ancaq Yerdə və bəzi meteoritlərdə tapılmışdı. Ehtimal edilir ki, molekullar peykin mərkəzindəki isti qayalar ilə donmuş səthin altındakı okeanın təsiri nəticəsində yaranıb.

Tədqiqatın nəticələrini yayımlayan doktor Freng Postberq məsələ ilə bağlı deyib:

"Bu böyük molekullar əsasən yüzlərlə atomdan təşkil olunur. Belə molekullar ilk dəfə planetimizdən kənarda sudan təşkil olunan bir planetdə kəşf edilib. Dünyaba bu molekullar bioloji struktur olaraq yaradılır. Amma Enseladusda bunun başqa səbəbdən yaranma ehtimalı da var. Bu molekulların həyat üçün vacib şərtdir. Amma hazırda bunların bioloji olaraq yaradıldığını, peykdə kimyəvi bir proses və ya həyat olub-olmadığını söyləmək mümkün deyil".

Canlı həyat üçün maye halında su, enerji və karbondan ibarət maddələr, karbon, hidrogen, nitrogen, oksigen, fosfor kimi müəyyən elementlərə ehtiyac var. Enseladus peykində sülfür və fosfora hələ rast gəlmək mümkün olmasa da, digər bütün maddələr var.

Postberq qeyd edib ki, məntiqli olaraq növbəti addım Enseladusda qısa müddət ərzində canlı həyatı axtaran aparatla tədqiqat aparmaqdır.


Teach.az (mənbə-ölkə.az)