Bu da "İnstagram"ın ən çox layk yığan FOTOSU

Bu da "İnstagram"ın ən çox layk yığan FOTOSU

Teach.az xəbər verir kiyeni əlavə dördkünc formada şəkillər çəkməyi, onlara müxtəlif filtrlər tətbiq etmək və bu şəkillərlə digər istifadəçilərlə mübadilə etmək imkanı verir.
2010-cu ilin dekabr ayında xidmətin artıq 1 milyon qeydiyyatdan keçmiş istifadəçisi vardı. 2013-cü ilin fevral ayının sonuna şirkət bu rəqəmin 100 milyon olduğunu elan edib. O dövrə qədər istifadəçilər 17 milyard şəkil yükləyiblər.
10-cu yeri amerikalı aktrisa və müğənni Selema Qomezin "Coca-Cola" şirkətinin reklam çarxı üçün çəkdirdiyi şəkil tutub. Bu şəkil 6,8 milyon layk toplayıb.
9-cu yeri Selenanın doğum gününə həsr edilmiş şəkil tutub - 3 aya 7 milyon bəyənilmə.
8-ci yeri bir qədər çox "layk" toplayan tanınmış futbolçu Kriştianu Ronaldonun şəkli tutub. Bu şəkildə o, öz sevgilisi və 3 uşaqla görüntülənib.
7-ci yeri yenidən Selena Qomez götürüb. "Vogue" jurnalının aprel nömrəsi üçün çəkdirdiyi şəkil 7,1 milyon bəyənilmə yığıb.

6-cı yeri Selenanın kanadalı müğənni The Weeknd ilə birgə "Met Gala" kostyum institutunun balında çəkdirdiyi şəkil yerləşir. Bu şəkil də 7,7 milyon layk toplayıb.
5-ci yerdə 8,1 laykla cütlüyün daha bir şəkli var. Bu dəfə "Koaçella" musiqi festivalında birgə şəkil çəkdiriblər.
4-cü yeri isə Kriştianu Ronaldonun yeni doğulan körpələrlə çəkdirdiyi şəkil tutub. Bu şəkli 8,2 milyon dəfə bəyənilib.
Sentyabrın ortasında Selena Qomez öz "İnstagram"da yazıb ki, böyrək köçürülməsi ilə bağlı əməliyyatını təxirə salıb. Müğənni üçün donor onun rəfiqəsi, aktrisa Fransiya Ras olub. 3-cü yeri tutan bu şəkil 9,7 milyon "layk" toplaya bilib.

2-ci yeri müğənni Beyonsun uşaqları Rumi və Ser Karterlə çəkdirdiyi şəkil tutub. Bu şəkil 10,2 milyon insanın xoşuna gəlib.
Nəhayət, 1-ci yer. "İnstagram" xidmətinin mövcud olduğu tarixi boyu ən populyar şəkil Beyonsun şəkli olub. Belə ki, müğənni qeyddə yazıb ki, o, əkizlərə hamilədir. Onun dərc etdiyi bu şəkil 11 milyon "layk" toplayıb.



Teach.az (mənbə-lent.az)