Təyyarənin bortunda Wi-Fi sürətli olacaq
Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün "Wi-Fi" hazırlayırlar. Karlsruye Texnologiya İnstitutunun (KTİ) alimləri ilk dəfə olaraq Yer ilə təyyarələr arasında saniyədə 8 Qbit sürətlə siqnal göndərilməsinə müvəffəq olublar.
Teach.az bildirir ki, bu, gələcəkdə hava sərnişinlərinin internetdən rahat istifadə etməsinə imkan verəcək. Yerlə hava arasında genişzolaqlı qoşulmanın təmin edilməsi üçün 71-dən 76 QHs-dək radiotezlik diapazonundan istifadə olunur. Bu kanal, hətta böyük tutumlu videoları yükləməyə və izləməyə imkan verəcək.
Simsiz məlumatların ötürülməsi sürətlə inkişaf edir: Elon Maskın qlobal peyk internet şəbəkəsinin qurulması üzrə layihəsini xatırlamaq kifayətdir. Uçuş zamanı sürətli internetə giriş son dərəcə aktual problemdir.
KTİ tərəfindən təklif edilən texnologiya perspektivli görünür: sınaq uçuşu zamanı təyyarə 7 km-dən uzaq məsafədə yerləşən qəbuledicidən siqnalı tutub. Genişzolaqlı qoşulma 3 dəqiqə ərzində sabit olub. Bu vaxt ərzində buludlu hava, yağış və duman olmasına baxmayaraq, 180 QB-lıq məlumatı göndərmək mümkün olub.
Teach.az (mənbə-milli.az)