Telefon qabına yerləşdirilmiş Drone: Selfy

Telefon qabına yerləşdirilmiş Drone: Selfy

Bir kamera və video çəkim şirkəti olan AEE selfi çubuqlarının yetərincə əlverişli olmadığını görərək telefon qabı (kabro) formasında drone Selfy-i hazırlayıblar.

Əvvələr bir başqasından sizin şəklinizi çəkməsini xahiş edirdinizsə artıq bu kabro ilə buna ehtiyyacınız qalmayacaq. Telefonunuzu Selfy-a yerləşdirərək özünüz öz şəkilinizi çəkə bilərsiniz.

Selfy, texniki olaraq normal telefon qabı kimidir. Ancaq eyni zamanda şəkil çəkmək lazım olanda pərlərini açaraq uçan drone çevrilir. Sony tərəfindən düzəldilən kamerası ilə olduqca keyfiyyətli şəkil və 1080p 60fps video çəkə bilir.



13 metr uzaqlığa qədər idarə oluna bilən Selfy smartfon vasitəsilə hərəkət etdirilə bilir. Yaz aylarında satışa çıxarılacaq Selfy-ın qiyməti 130 dollar olacaq. Əlavə olaraq enerji doldurucu adapteri 30 dollar ödəmək lazım gələcək.