“YouTube”dan abunə sayı çox olan kanallar ilə bağlı – YENİLİK

“YouTube”dan abunə sayı çox olan kanallar ilə bağlı – YENİLİK

"YouTube" elan edib ki, kontentin montizasiyası üçün yenilik edib. Belə ki, videohostinq məşhur kanalların müəlliflərinə ödənişli kontenti daxil etməyə icazə verəcək.
Teach.az bildirir ki, The Next Web yazır ki, YouTubeun məhsullar üzrə başçısı Nil Moan illik konfransda çıxışında videohostinqin yeni funksiyasını təqdim edib. Birinci yenilikdən istifadə edən kanal isə 100 000-dən çox abunəçisi olan Channel Membership kanalı olub.
Kanal eksklüziv kontentlərini platformaya pullu yükləyə biləcək. Bildirilir ki, abunənin dəyəri 4,99 dollar təşkil edəcək.

Əvəzində "YouTube" istifadəçiləri xüsusi bəcik, emoji, canlı yayım və əlavə videolara giriş əldə edə biləcək. İkinci yenilənmə ilə istifadəçilər kanalın üzərindən birbaşa olaraq ticarət edə biləcəklər. "Premier" adı verilmiş üçüncü yenilik ilə əvvəlcədən əlavə edilmiş videoları birbaşa translyasiya etməyə və real zaman kəsiyində istifadəçilər ilə əlaqə qurmağa kömək olacaq.

Teach.az (mənbə-facemark.az)