Dünya əhalisinin üçdə biri oyun oynayır - ARAŞDIRMA
Dünya əhalisinin 2,3 milyard nəfəri kompüter oyunlarına maraq göstərir.
Teach.az xəbər verir ki, bu barədə "NewZoo" şirkətinin apardığı araşdırmadan məlum olub.
Oyunsevərlərin 51 faizi mobil cihazlardan istifadə edir. Gözlənilir ki, 2018-ci ildə videooyunlar bazarı təxminən 140 milyard dollara çatacaq. Bu məbləğin yarıdan çoxu mobil oyunları əhatə edəcək.
Sənəddə deyilir ki, son illər ərzində inkişaf etməkdə olan ölkələrdə Çin istehsalı olan smartfonların yayılmasının kəskin artması və ölkə hökumətlərinin mobil internet infrastrukturuna investisiyalarının həcmini artırması nəticəsində internetə çıxışı olan insanların sayı artıb.
Bir çox oyunçular böyük gəlirlərə malik deyil. Bunun üçün də onlar oyunlara çox pul xərcləyə, çoxsaylı əlavələr, yaxşılaşdırmalar və bonuslar əldə edə bilmirlər. Hətta oyunsevərlər tərtibatçılara pulsuz oyunlar oynayan zaman da reklamın izlənməsi ilə gəlir gətirirlər.
Gözlənilir ki, 2021-ci ilə qədər istifadəçilərin oyunlara xərcləri 180 milyard dollara qədər artacaq, illik orta artım isə 10,3 faiz təşkil edəcək. Sakit okean regionu daha gəlirli olacaq və onun payına orta hesabla təxminən 71,4 milyard dollar düşəcək. Bu isə dünya üzrə ümumi gəlirin 50 faizi deməkdir.
2017-ci ildə oyunlarda daha çox Çində qazanıblar - təxminən 38 milyard dollar. İkinci yerdə ABŞ bazarı yerləşir ki, bu bazar tərtibatçılara 30 milyard dollar gəlir gətirib. Üçüncü yeri 19,9 milyard dollar gəlirlə Yaponiya tutur.
Teach.az (mənbə-lent.az)