Facebook Mesenger-a Tərcümə Edərək Mesaj Atma Xüsusiyyəti Gəldi

Facebook Mesenger-a Tərcümə Edərək Mesaj Atma Xüsusiyyəti Gəldi

Keçdiyimiz günlərdə video reklamların danışıqların içərisində alınması ilə reaksiya çəkən Messenger, bu səfər də gözəl bir xüsusiyyətlə qarşımıza çıxır.
Facebookun 'M Translation' olaraq adlandırdığı bu yeni layihə həyata keçdiyində 'dil baryeri' deyilən vəziyyət də ortadan qalxacaq. Bu sayədə xarici biriylə, bilmədiyiniz bir dildə danışarkən davamlı Google Translate istifadə etmənizə gərək qalmayacaq.


M Suggestions xüsusiyyətin içinə inteqrasiya ediləcək olan bu xüsusiyyət hazırda yalnız İngiliscədən-İspan və İspancadan-İngiliscə olaraq xidmət verəcək.

Hal-hazırda Facebook bu iki dildən biriylə danışdığınızı qəbul etdiyində, digər dilə tərcümə etmək istəyib istəmədiyinizi sizdən soruşur. Müsbət cavab versəniz həm yazılan orjinal mesajı, həm də tərcümə olunmuş mesajı eyni ekranda göndərə bilərsiniz.

Facebookun hazırda test mərhələsinə tabe tutduğu bu xüsusiyyəti, Meksika və Amerikada yaşayan istifadəçilərinə təqdim edildi. Facebookun 'M Translation' xüsusiyyətini çox gözlətmədən, ən qısa müddətdə bölgə bölgə bütün istifadəçilərə təqdim etməsi gözlənilir.