WhatsApp istifadəçilərinə XOŞ XƏBƏR

WhatsApp istifadəçilərinə XOŞ XƏBƏR

Milyardlarla istifadəçisi olan populyar mesajlaşma şəbəkəsi WhatsApp tətbiq etdiyi yeni funksiya ilə yenidən gündəmdədir.

Teach.az xəbər verir ki, WhatsApp görüntülü danışıq funksiyasında yenilik etdi. WhatsApp-da səsli əlaqə qurarkən görüntülü danışığa keçmək üçün səsli əlaqəni dayandırmaq məcburiyyətində qalırdınız. Bu yenilik ilə səsli zəngdən birbaşa görüntülü əlaqəyə keçə bilərsiniz. Səsli əlaqə qurarkən, görüntülü əlaqəyə keçmək üçün aşağıdakı video düyməsinə toxunaraq səsli zəngdən birbaşa görüntülü danışığa keçə bilərsiniz.

Bu yenilik yaxın günlərdə bütün WhatsApp istifadəçilərinə təqdim olunacaq.

Fira