Samsung-un həm sərfəli həmdə yeni modeli Galaxy J2 Pro (2018) satışa buraxıldı

Samsung-un həm sərfəli həmdə yeni modeli Galaxy J2 Pro (2018) satışa buraxıldı

CES 2018-də (Consumer Technology Association) özünü göstərməyən Samsung web saytında yeni orta qiymətli smartfonu Galaxy J2 Pro (2018)-i satışa çıxardı. Texnologiya dünyasında bütün diqqətlər İstehlakçı Texnologiya Birliyi CES 2018-ə yönəldiyi bir vaxtda Samsung, bir müddətdir təqdim olunması gözlənilən modeli səssiz sədasız saytında satışa çıxarıb.

Samsung Galaxy J2 Pro (2018) Göstəricilər

Prosessor: Dört nüvəli 1.4GHz

RAM: 1.5GB

Yaddaş: 16GB + MicroSD

Ekran: 5 inç qHD (540x960) Super AMOLED

Arxa Kamera: 8MP

Ön Kamera: 5MP

Batareya: 2600mAh

Əməliyyat Sistemi: Android 7.0 Nougat




Qara, qızılı, gümüş və çəhrayı rənglərdə təqdim olunan Samsung Galaxy J2 Pro (2018), 145 dollar (246 AZN) qiymətlə saytda yayımlanıb.