E-mail yazanda nəyə diqqət etməli?
Şifahi danışıq qədər yazılı nitq də insan haqqında müsbət və ya mənfi təəssürat yarada bilir. Əgər biz danışarkən “Gələcəksən” əvəzində “Gələjəksən” deyiriksə, qarşımızdakının bizim haqqımızda fikri dərhal dəyişəcək. Adicə bir söz! Elə bil sehirli çubuqdur: toxunduran kimi nəyisə dəyişir. Bəlkə danışan adamın beyni “qızıl küpüdür”? Bəlkə çox yaxşı mütəxəssisdir, geniş dünyagörüşü var? Ah, bu sözlər! Təəssüf ki, onların yaratdığı təsir bu boyda xəzinəni bəzən kölgə altnda qoya bilir…
Yazıda da belədir. Orfoqrafiyanı (ədəbi dilin düzgün yazı qaydaları) yaxşı bilməmək hər zaman insanı çətin hala salır. Bu, işgüzar yazımlarda daha çox hiss olunur.
Beləliklə, e-mail yazanda nəyə diqqət etməliyik?
Əvvəla, bütün dünyada qəbul olunmuş standartları qeyd edim:
E-mail ünvanınız ad-soyadınızla bağlı olmalıdır. Bir dəfə mən CV almışdım: sensizolerem@****com...Çalışdığınız şirkətin domeni varsa, işgüzar məktubları həmin domendə qeydiyyatdan keçirdiyiniz maillə yazın. Misal üçün: [email protected]
Məktubun “MÖVZU” yerinə mütləq müraciətinizlə bağlı ümumi başlığı yazın. Bu, peşəkarlıqdan xəbər verir. Bundan başqa, həm siz, həm də qarşı tərəf o məktubu yenidən axtarmaq istəyəndə, dərhal tapılacaq.
Məktubda eyni vaxtda bir-neçə vacib məsələni vurğulamayın. Aləm qarışacaq bir-birinə. Üç müraciətdən birinə müsbət cavab vermək fikrində olan adam bəlkə digər ikisindən mənfi təsirləndi? Onda “qurunun oduna yaş da yanacaq”.
Eyni məsələ ilə bağlı yazışma davam edirsə, yeni məktub yazmayın, elə həmin mailin altındakı “Cavabla” yerini klikləyib qeydlərinizi edin.
Uzunçuluğu nə şifahi, nə də yazılı nitqdə heç kəs sevmir. Məktub qısa, anlaşıqlı olmalıdır. Amma bu, o demək deyil ki, biz məktub uzun olmasın deyə, yarımçıq müraciət yazmalıyıq. Misal üçün, siz qarşı tərəfi iş yeməyinə dəvət edirsiniz. Yarana biləcək sualları əvvəlcədən təxmin edin və “Əgər sizə də uyğundursa, filan gün, filan saatda (hətta filan yerdə) görüşə bilərikmi?” qeydini etməyi unutmayın. Çünki məktubu alan onsuz da bunları sizdən yenidən soruşacaq.
Pafosdan qaçın! “Çox hörmətli, dəyərli, mötəbər Filankəs müəllim, Sizi səmimi qəlbdən salamlayırıq. Eşq olsun sizə!” və sair kimi süni giriş cümlələri qarşı tərəfdə ikrah hissi yarada bilər.
Rəsmi yazışmalarda məişətdə danışdığınız üslubdan əsla istifadə etməyin! “Nə təhərsiniz? İnşallah, işləriniz yaxşıdırmı? Nə var, nə yox? Salamatlıqdır? Şükür Allha, filan işi təhvil verdik. Görək da, necə olur” və sair kimi ifadələr xoş qarşılanmır. Rəsmi, mədəni və dəqiq olun.
Xüsusi qeyd: “İnşallah, Allah qoysa, şükür” həm də ona görə yazılmamaılıdır ki, qarşı tərəfin inancı sizinki ilə üst-üstə düşməyə bilər. Onun necə davranacağını bilmirik. Bəlkə elə məhz bundan qıcıqlanıb tərs reaksiya verəcək.
Sözləri tələffüz etdiyiniz kimi yazmayın!
Bunun üçün orta məktəbdə Azərbaycan dilinin (və ya yazdığınız başqa dili) qrammatikasını yaxşı öyrənməli idik…Ədəbi dil 2 qola ayrılır:
1.Orfoepiya-düzgün tələffüz
2.Orfoqrafiya- düzgün yazı
Biz orfoepiyanın tələbi olaraq danışıqda “Göndərəciyik” deyirik. Amma yazıda “Göndərəcəyik” kimi qeyd etməliyik. “Naliyət”deyirik. Amma sözün yazılışı “Nailiyyət”dir. Yəni, “Nail” sözündəndir (nail olmaq). Həmçinin, yazıda iki, tələffüzdə isə bir“Y” olur. Bir hərf səhvi belə, qarşı tərəfdə məktubu yazan adam haqqında “savadsızdır” düşüncəsinin yaranmasına səbəb ola bilər.
“Durğu işarələrini “səpmək” lazım gəlir”
Orta məktəbdə inşa yazılarını yoxlayan müəllimlər bu ifadəni tez-tez deyirdilər. O illərdə durğu işarələrinin yerini öyrənməyənlərin adətən, sonradan bunu həll etməyə həvəsləri olmur. Buna görə də yazışmalarda özləri də bilmədən bir cümlədə dəfələrlə səhv edirlər. Ən çox yol verilən səhvlər haqqında bir-neçə ipucu verək:
Vergülü lazım olan yerdə qoyaq!
Cümlənin əvvəlində xitabdan sonra vergül qoyun: “Azər bəy, bu barədə məlumt öyrənmək istəyirdik.
Xitab ortada olduqda, hər iki tərəfdən vergül qoyulur: “Bunu dəqiqləşdirim, Azər bəy, sizə xəbər edəcəm”
Xitab sonda gələndə özündən əvvəl vergül qoyulur: “Bu barədə sizə ətraflı məlumat göndərəcəm, Azər bəy”.
Həmcins üzvlərdən sonra vergül qoyulur: “Sabah buklet, qələm, kitabça və reklam mətni hazır olacaq”.
“Və”, “amma, ancaq, lakin” bağlayıcılarından sonra vergül qoyulmur!
“Məsələn”, “Misal üçün”, “Yəni”dən sonra vergül qoyulur
“Ki” bağlayıcı olanda vergül qoyulur, ədat olanda isə yox:
“Sənə elə gəlir ki, (bağlayıcı)təksən”, “Mən ki (ədat) gözəl deyiləm!”
“O”, “Bu” mübtəda rolunda olarsa, vergül qoyulur, təyin olanda isə qoyulmur
“O, (kim?) maraqlı danışırdı” – “O (hansı?) kitab maraqlıdır”
Bu, (nə?) qəribə məsələdir – “Bu (hansı?) əhvalat çoxdan olub”
Bəzi məktublarda “Hörmətli” sözündən istifadə olunur. O sözdən sonra vergül qoyulmur.
Mürəkkəb sözləri ayrı yazmayaq!
Adı üstündə “mürəkkəb söz”- yəni, bir sözdür, amma mürəkkəbdir. “Əmək haqqı” niyə yazaq? O söz “Əməkhaqqı”dır. (Hətta “Əmək haqqısı” da yazanlar var..). Mürəkkəb sözlərə nümunə: “Özünəinam, müxtəliftərəfli, ilbəil, günbəgün, dünyagörüşü, soyuqqanlı” və sair
Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdə “ba”, “ha”, “a” bitişdirici hissəciklərdən istifadə olunduqda isə: addımbaaddım, vurhavur, qaçaqaç.
Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
2.Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.
“sız-siz, suz, süz” şəkilçisi yazıda “sınız-siniz-sunuz-sünüz” olacaq
“Sağ olun” bir yerdə yazılmır. Tez-tez yazışmlarda bunu “Çox sağolun” kimi görürük...
XÜSUSİ QEYD:
Yazdığınız məktubu dəfələrlə oxuyun. İnanın, hər dəfə səhv tapacaqsınız və ya daha yaxşı olması üçün sözləri, cümlələri dəyişəcəksiniz. Nə qədər çox redaktə, o qədər savadlı məktub! Əgər daha yaxşı nəticə istəyirsinizsə, son dəfə məktubu çapa verib vərəqdən oxuyun. İnanın, bu dəfə daha fərqli görəcəksiniz..
Cəlalə Nəzəroğlu
teach.az