“Windows” üçün təhlükəli virus yayılıb
İnternetdə “Windows 10” əməliyyat sisteminin müdafiə sipərini yara bilən yeni virus yayılıb.
“Zacinlo” haker qrupunun ərsəyə gətirdiyi virus kompüter və ya noutbuka düşdükdən sonra istifadəçini müxtəlif reklamlara baxmağa məcbur edir.
Yoluxan kompüterlərin 90 faizə yaxını məhz “Windows 10” əməliyyat sistemi ilə işləyir.
Maraqlıdır ki, “Microsoft” şirkəti hələ ilk relizi zamanı “Windows 10”un rəqibləri arasında ən mükəmməl müdafiə sisteminə malik olduğu və belə zərərli proqram təminatlarının sistem qovluqlarına düşməsinə imkan vermədiyi ilə öyünürdür.
Habelə mütəxəssislər əmin edir ki, virus gizli şəkildə fəaliyyətdə olur. Hakerlər virusun sayəsində istifadəçinin hər dəfə baxmağa məcbur qaldığı reklamdan pul qazanır.
Ancaq bu işin heçdə ən pis tərəfi deyil. Virtual dələduzlar istifadəçinin kompüterinin ekranında olanları printskrin (skrinşot) edə bilir.
Yeni virusun əsas qurbanları ABŞ sakinləri olsa da, təhlükəli proqram təminatı artıq Avropa ölkələri, Çin və Hindistana da yayılıb.
teach.az (mənbə-oxu.az)