Huawei P20 Pro-ya Avtomatik  Ağır Çəkiliş Xüsusiyyəti Gəlir

Huawei P20 Pro-ya Avtomatik Ağır Çəkiliş Xüsusiyyəti Gəlir

Huawei P20 Pro modellərinə, yeni bir yeniləmə ilə birlikdə avtomatik super ağır çəkiliş xüsusiyyəti gəlir.
Huawei P20 Pro istifadəçiləri üçün B131 versiya nömrəsi ilə bir OTA aktuallaşdırması təqdim ediləcək. Yeni yeniləmənin ən diqqət çəkən xüsusiyyətlərindən biri telefonun kamerasına əlavə olunacaq olan avtomatik ağır çəkiliş rejimi olacaq. Əslində onsuz da var olan ağır çəkiliş rejimində avtomatik funksionallıq qatılmış olacaq.


Samsungun Galaxy S9 modellərində olduğu kimi P20 Pro da artıq hərəkəti qəbul edə bilir və super yavaş çəkiliş rejimində avtomatik olaraq qeydə başlaya bilir. Bu xüsusiyyətin yalnız qeyd əsnasında bir saniyədən daha az çəkdiyi nəzərə alındığında, qeyd düyməsini basmaq üçün zamanı planlamağın çətin olduğunu söyləyə bilərik.



Yeniləmə sonrası avtomatik aşkarlanması ilə tutmaq istədiyiniz hərəkəti əldə etmə ehtimalınız daha da artacaq. Yenilikdə kamera üçün gələcək digər bir xüsusiyyəti isə yaxınlaşdırma düyməsinin tətbiq içində yer alması olacaq. Gələcək yeni xüsusiyyət ilə tək əllə istifadənin asanlaşacağı ifadə edildi.