Instagram Hekayəyə Musiqi Əlavə Etmə Xüsusiyyəti Gəlir
Instagram, yaxın zamanda tətbiqinin hekayə qisiminə alış-veriş əlaqələri əlavə etmə xüsusiyyətini gətirmişdi. İndi isə musiqi əlavə etmə xüsusiyyətini gətirəcək.
Facebookun Snapchat-ı satın ala bilməməsindən sonra sahib olduğu bütün sosial media icmalarına hekayə xüsusiyyətini gətirmiş və tətbiqlərin içərisində ən bəyəniləni Instagram-ın hekayə xüsusiyyəti olmuşdu. Instagram, zamanla bir çox əlavə xüsusiyyət və funksiya qatdığı hekayə hissəsinə bu səfər də musiqi əlavə etmə xüsusiyyətini gətirir.
TechCrunch-ın etdiyi xəbərə görə qısa bir müddət sonra gəlməsi gözlənilən yeniləmə ilə istifadəçilər, müəyyən parçaları, növləri və ya sənətçiləri axtaracaq və bunları hekayələrinin arxa planı olaraq istifadə edə biləcək. Instagram-ın mənbə kodları içərisindəki kodlarında da görüldüyü kimi, növlər və trendlər kimi bir çox şəkildə axtarış edilə biləcək.
Instagram-ın sahibi olan Facebookun, bu xüsusiyyət üçün Spotify və SoundCloud kimi üçüncü tərəf yayım xidmətləri ilə bir inteqrasiya razılaşması etdiyi ifadə edildi. Göründüyü kimi, tətbiqlər üzərindən istifadəçilər öz musiqi siyahılarını Instagram hekayələri üzərindən izləyiciləri ilə paylaşa biləcək.