Maraqla Gözlənilən 3 Kameralı iPhone Modeli Üçün Pis Xəbər Gəldi!

Maraqla Gözlənilən 3 Kameralı iPhone Modeli Üçün Pis Xəbər Gəldi!

Bildiyiniz kimi uzun bir müddətdir Applenin üç kameralı bir model çıxaracağı üzərində söz-söhbətlər gəzir. Ancaq mənbələrdən gələn məlumatlara baxsaq, Apple bu yarışa gözləniləndən gec qatılacaq.
Huawei P20 Proya rəqib olaraq göstərilən Apple, bu il üç kameralı bir iPhone çıxaracağı söz-söhbətləri ilə adından söz etdirir. Bu nöqtədə ötən həftələrdə iPhone X Plus-ın üç arxa kameraya sahib olacağı söz-söhbətlər arasına qatılmış və vəziyyət istifadəçilərin marağına səbəb olmuşdu. Ancaq Applenin linza provayderi olan Larga Precision, bunun 2019-dan əvvəl əsla mümkün olmayacağını ifadə etdi.


Larga Precision-un ifadələrinə görə 7 laylı plastik linzaların təmin edilməsi ən erkən 2019-ci ildə başlayacaq. Bu da başa düşdüyünüz kimi Apple-in bu yarışa gec qatılacağı mənasını verir. Digər tərəfdən 2019-da periskopa bənzəyən üfüqi kamera quraşdırılmalarının da artım göstərəcəyi bildirilir. Bu linzalar isə 5 qat optik yaxınlaşdırma təqdim edə bilir.

Bütün bunlara əlavə olaraq Apple yalnız üç kamera texnologiyası ilə çəkilən fotoşəkilə diqqət yetirmir. Şirkət 3D ilə eyni zamanda telefonu üç ölçülü olaraq görə biləcəyimizin də xəbərlərini verir. Mövzu haqqında əhəmiyyətli məlumatlar verən qaynaqlar, telefonun obyektləri məsafələri ilə birlikdə təsbit edə biləcəyini də söyləyir. Olduqca fərqli bir yeniliyə imza atmaq istəyən Apple, bu sayədə artırılmış reallıq üçün də irəliləyiş əldə edəcək.