'Google' adı necə yarandı?

'Google' adı necə yarandı?

Hardasa hər gün bir çox axtarış etdiyimiz, dünyanın ən çox istifadə edilən ən məşhur axtarış sistemi olan Google-un, bu adı necə və haradan aldığını bilirdinizmi?
9 yaşındakı Milton Sirotta və qardaşı Edwin, bir gün əmiləriylə birlikdə New Jersey qayalarında gəzintiyə çıxıblar. Əmiləri Edward Kasner, Columbia universitetində riyaziyyatçı idi və eyni ivy league təşkilatında təməl elm sahələrinin birində heyətə alınan ilk Yəhudi olaraq da məşhur olmuşdu.
Kasner, oxumağı sevən 9 yaşındakı uşaqların marağını çəkmək üçün hazırlanmış bir mövzuda danışaraq uşaqları əyləndirməyə çalışırdı. Mövzu, '1' rəqəminin ardına 100 ədəd 0 qoyularaq yazılan sayı idi. Kasner, uşaqlara bu ədədə bir ad tapmaları üçün meydan oxudu.

Milton'ın təklif etdiyi ad, 'Googol' oldu. Və Googol sözü ilk dəfə, Kasner-ın James Newman ilə birlikdə 1940-ci ildə yazdığı "Mathematics and the Imagination 'adlı kitabda meydana çıxdı. Üstəlik daha böyük bir ədədə verilən və 10 üzəri Googol olaraq xarakterizə edilən Googolplex sayına verilən ad da ilk dəfə bu kitabda yer aldı.


Hər iki söz də beyinlərə həkk olundu və məşhur mədəniyyətin içinə sızaraq; 'The Simpsons' adlı cizgi filmin yanında, Larry Page və Sergey Brin tərəfindən inkişaf etdirilən axtarış mühərrikinə verilən ad olaraq qarşımıza çıxdı.

Stanford Universitetindən David Koller-ə görə, Sean (Anderson) və Larry (Page) ofislərində ağ taxtanı istifadə edərək yaxşı bir ad tapmağa çalışırdılar. (Nəhəng miqdarda məlumatın indeksləşdirilməsi ilə əlaqəli bir ad.) Sean şifahi olaraq Googolplex sözcüyünü ortaya atdı və Larry də özünə şifahi olaraq qısaldılmış halı olan Googol sözü ilə cavab verdi.

Kompüter terminalının qarşısında oturan Sean, dərhal hərəkətə keçərək, tövsiyə edilən adın qeydiyyatdan və istifadə üçün uyğun olub-olmadığını öyrənmək məqsədilə internet sahə adı qeydiyyat məlumat sahəsində bir axtarış reallaşdırdı. Ancaq sözü qüsursuz şəkildə yazmağı bacara bilməyən Sean, səhv edərək, Google.com olaraq axtarış etmiş və sahə adının da qeydiyyat üçün uyğun olduğunu görmüşdü. Adı Larry də bəyəndikdə bir neçə saat içərisində 'Google.com' adını özü və Sergey adına qeydiyyata salmışdı.


Bu arada, bunu da əlavə edək: Google-un Mountain View kampusunun o biri adı da 'Googleplex'-dir.