Birdən çox dil bilməyin zəkaya olan böyük təsiri!

Birdən çox dil bilməyin zəkaya olan böyük təsiri!

Birdən çox dil bilmək, hələ ki içində olduğumuz bu 'məlumat' çağında çox əhəmiyyətli və öz adımıza da olduqca faydalıdır.
Birdən çox dil bilən insanları bilingual (iki dilli) və multilingual (çox dilli) şəklində ikiyə ayıra bilərik. İşin sosial qisimi aydındır, bəs birdən çox dil bilməyin sağlamlığımıza olan faydalarını bilirdinizmi?

1. Fərqli mühitlərdə, ünsiyyət qurma mövzusunda 1 - 0 qabaqda olarsınız.
Bir çoxumuzun arzusu olan dünya səyahətinə çıxmaq üçün, xarici dil çox böyük bir qanundur.

Birdən çox dil bilən bir insan olaraq, dəyişik nüanslara sahib mühitlərdə özünüzü ön plana çıxarda biləcəksiniz.

Yoldaş əldə etmək, ruhunuzun dərinliklərinə işləyən ritimləriylə sevdiyiniz musiqilərə yoldaşlıq etmək, izlədiyiniz filmlər, kitablar və onların müəllifləri haqqında daha çox məlumata sahib olmaq üçün tək etməli olduğunuz; yeni dillər, və mümkün mərtəbə istifadəsi məşhur olan dillər öyrənmək.

2. Birdən çox dil bilənlərin beyni, tək dil bilənlərdən fərqli işləyir.
Uşaqların beyin inkişafı daha elastik vəziyyətdədir və bir dil daha öyrənmələri, onların 2 beyin yarım kürələrini də istifadə etmələrinə imkan verir.

Ancaq yetkinlərdə vəziyyət fərqlidir. Yetkin insanlar, əsasən sol yarım kürələrini istifadə edirlər. Buna görə uşaqlar hər hansı bir işdə böyüklərdən daha sürətli işləyirlər.

60-cı illərdə, uşaqların yeni bir dil öyrənməsi, onların inkişafına mənfi istiqamətdə təsir etdiyi düşünülərək qadağan edilmişdi. Lakin sonra aydın oldu ki, həqiqət "əksinə" idi.

3. Məktəb həyatında daha müvəffəqiyyətli olarsınız.
Bu mövzuda keçirilən araşdırmalar bunu göstərmişdir ki; birdən çox dil bilən tələbələrin hissləri daha açıqdır.

Onlar daha uzaqgörən və o biri dilləri səbəbiylə, emosional istiqamətlərinin yerinə məntiqlərini daha çox istifadə edə bilirlər.

Həm də bu onların sual həll etmə, çoxlu vəzifə, qərar alma və tətbiq bacarıqlarını inkişaf etdirməkdə və bu səbəbdən məktəbdəki qiymətlərində də rəqiblərindən daha üstün olurlar.