Bu gün Kim Jong Un'un ad günüdür, amma ölkəsində qeyd olunmur ( Niyə? )
Bu gün Şimali Koreyanın Lideri Kim Jong Un-nun 34 yaşı tamam olur. Ad günü olmasına baxmayaraq ölkəsində qeyd olunmur. Haqqında müxtəlif şayələr çıxan lider və ölkə üçün bu olduqca qəribə bir vəziyyətdi. Bəs yaxşı ad günü niyə qeyd olunmur?
Bu vəziyyətlə bağlı bəzi iddialar irəli sürülür. İlk olaraq 1998-ci ildən 2001-ci ilə kimi Şimali Koreyada yaşayan Hazel Smith adlı tədqiqatçı bu vəziyyətin qeyri adi olmadığını bildirir. Smith, buna səbəb olaraq Kim-in atasının və babasının ad günlərinin Şimali Koreyada milli bayram günləri olduğundan üçüncüyə ehtiyyac olmadığını bildirir. Əlavə olaraq bu növ milli bayramların yüksək xərc tələb etdiyini və açıq hava partiləri üçün qış ayının uyğun olmadığını deyir.
Digər irəli sürülən ehtimal isə Şimali Koreyanın nüvə fəaliyyətləri səbəbi ilə başda ABŞ olmaqla BMT-nin ölkə üçün tətbiq etdiyi sanksiyalar çərçivəsində xalqın daha da narazı olmağıdır. Çünki BMT ötən il Pyongyang əleyhinə tətbiq edilən bir çox iqtisadi sanksiyalara görə nüvə sanksiyalarını təsdiqləmişdi. Yenə Cənubi Koreyadan yayılan xəbərlərə görə sonuncu dəfə nuvə sınaqlarından sonra tətbiq olunan sanksiyalar və kömür ticarətində yaşanan zəifləmə Pyongyang administrasiyasını xalqın gözündən salmışdı. Ancaq nə olursa olsun Kim və Şimali Koreya haqqında dəqiq bir məlumat bilinmir, çünki deyilənlərin çoxu dezinformasiyada ola bilər.
Digər ehtimal isə Şimali Koreya liderinin böyük bir şəxsiyyətə sahib olmaması olaraq göstərilir.
Bəzi mütəxəssislər isə Kim-in xalq adamı olaraq bilinmək istədiyindən ad gününün milli bayram olması bu imicə zərər verəcəyidir.