Dünyanın ən məşhur ayrılığı rekord qırdı
YouTube, bir-birindən fərqli məzmunların milyonlarla izlənildiyi bir ekosistem olmağa davam edir. Hər gün, milyonlarla izlənilən videolara bir yenisi daha əlavə olunub.Bu videonun mövzusu isə bir ayrılıqdır.
Teach.az xəbər verir ki, YouTube-da sıxlıqla vaxt keçirənlər və xarici kanalları izləyənlər David Dobrik adını bilir. 7.1 milyon abunəsi olan bu kanalda, 24 yaşındakı David Dobrik və 22 yaşındakı sevgilisi Liza Koshy isə 14 milyon abunəli bir kanala sahibdir.
David Dobrik, kanalında əyləncəli vloglar və gəzinti videoları təqdim edir. Bu videoların çoxunda isə sevgilisi Liza ilə iştirak edirdi. Liza isə, öz kanalında maraqlı alver videoları və mağaza turları ilə məşhur hala gələn bir Youtuberdir.
Bu cütlük, bir neçə ay əvvələ qədər, xüsusilə Davidin kanalında birlikdə videolar təqdim ediblər. 4 İyunda təqdim olunan və hazırda təxminən 20.5 milyon baxış sayına çatan son videolarında, əlaqələrini sonlandırdıqlarını açıqlayıblar.
Cəmdə 21 milyonu keçən abunə sayına sahib iki kanalı idarə edən cütlük, son videolarında çox sadə video adına üstünlük veriblər. "Biz ayrıldıq" adı ilə təqdim olunan video, 2 gündə 20 milyon baxış sayını keçməyi bacarıb. Beləcə dünyanın ən məşhur ayrılığı olaraq xarakterizə ediliblər. Videonun əyləncəli başlayan axışı isə sonlara doğru gözyaşlarına çevrilib. Baxaq, bu video növbəti günlərdə neçə milyon adam tərəfindən daha baxılacaq.
Fira