6.1 düym və 6.5 düymlük iPhone modelleri belə görünəcək

6.1 düym və 6.5 düymlük iPhone modelleri belə görünəcək

Dünyanın ən qiymətli texnologiya markalarından biri olan Apple-ın sentyabr ayında üç yeni iPhone modeli tanıtması gözlənilir. Bunlardan biri, ötən il tanıdılan iPhone X-ın yenilənmiş və gücləndirilmiş bir versiyası olan 5.8 düym ekranlı yeni iPhone X olacaq. Digər iki model isə daha əvvəl görülməmiş böyüklükdə 6.1 düym və 6.5 düymlük ekranlara sahib olacaqlar.

Teach.az xəbər verir ki, 6.1 düym ekrana sahib olan 2018 model iPhone, digər iki modelin əksinə uyğun qiymət olaraq bazara təqdim ediləcək. Bu səbəblə cihaz, iPhone X-da ya da iPhone X Plus-da iştirak edən bəzi xüsusiyyətlərə sahib olmayacaq. Bunların başında isə OLED yerinə LCD ekran istifadə edilməsi və cüt arxa kamera yerinə tək arxa kamera istifadə edilməsi yer alır.



6.5 düym ekranlı iPhone modeli isə OLED ekran texnologiyası istifadə etməyə davam edəcək və şirkətin bu günə qədərki ən böyük ekranlı ağıllı telefonu olacaq. Çoxu xüsusiyyəti yeni iPhone X ilə eyni olması gözlənilən cihazın bu ana qədərki ən bahalı iPhone modeli olması gözlənilir. Cihazın digər xüsusiyyətlərinə dair hələ bir məlumat yoxdur.



Slash Leaks, tanıdılmasına qəti gözüylə baxılan 6.1 düym və 6.5 düymlük iPhone modelləri üçün konsept dizaynlar yaradaraq internet saytı üzərindən paylaşıb. Sızıntı və söz-söhbətlərə əsaslanaraq yaradılan dizaynlar, Apple-ın iPhone 6 dizaynından sonra indi də iPhone X dizaynını uzun illər davam etdirəcəyini göstərir.

Fira