Apple, iOS 12 yeniləməsi alacaq bütün iPhone-ları açıqladı

Apple, iOS 12 yeniləməsi alacaq bütün iPhone-ları açıqladı

Bildiyiniz kimi Apple yaşadığı problemləri minimuma endirəcək, iOS cihazlar performansını zirvəyə çəkəcək iOS 12 ilə istifadəçilərinin könlünü qazanmağa hazırlanırdı. Bu mövzuya aid Dünya Yaradıcılar Konfransında (WWDC 2018) danışan Apple İdarəçisi Craig Federighi, iOS-un köhnə cihazlara gəlişini qəti olaraq müjdələyib. Apple-ın köhnə cihazları üstündə yaxşılaşdırmalar etmək üçün bütün gücü ilə çalışdığını vurğulayan Federighi, iOS 11dən iOS 12-yə keçəcək istifadəçilərin performans fərqini tam mənasıyla hiss edə biləcəyini ifadə edib.

Teach.az xəbər verir ki, Federighi, edilən yaxşılaşdırmadan sonra tətbiqlərin 40 �ha sürətli başladıldığını, klaviaturanın isə 50 %-lik bir sürət artımı ilə daha rahat olduğunu müdafiə edərkən; kamera mənasında da 70 % -lik bir sürət artımının müşahidə edildiyini söyləyib. Bu müjdəli xəbərdən sonra Craig Federighi, iOS 12-ni dəstəkləyən cihazları açıqlayaraq bir çox istifadəçinin üzünü güldürüb.

iPhone:

iPhone X
iPhone 8
iPhone 8 Plus
iPhone 7
iPhone 7 Plus
iPhone 6s
iPhone 6s Plus
iPhone 6
iPhone 6 Plus
iPhone SE
iPhone 5s

iPad:
12.9-inch iPad Pro 2. Nəsil
12.9-inch iPad Pro 1. Nəsil
10.5-inch iPad Pro
9.7-inch iPad Pro
9.6-inch iPad
iPad Air 2
iPad Air
iPad 5. Nəsil
iPad mini 4
iPad mini 3
iPad mini 2

iPod touch:
iPod touch 6. Nəsil

Fira