iPhone SE 2 qiyməti nəhayət ortaya çıxdı

iPhone SE 2 qiyməti nəhayət ortaya çıxdı

Apple-ın qarşıdakı günlərdə keçiriləcək WWDC 18 fəaliyyətində tanıtması gözlənilən iPhone SE 2 üçün yeni xəbərlər gəlməyə davam edir. Bu dəfə cihazın ola biləcək qiyməti ortaya çıxıb!

Teach.az xəbər verir ki, yenilənən təchizat xüsusiyyətləri ilə gələcək olan iPhone SE 2, bu ilin ən çox gözlənilən ağıllı telefonlarından biri olma xüsusiyyətinə sahibdir. Digər tərəfdən, digər iPhone modelləri ilə müqayisə edildiyində, daha uyğun qiymət bir variant olaraq istifadəçilərin diqqətini çəkən iPhone SE xələfi, bu dəfə qiymət olaraq bir az daha yüksək olacaq.

Məhsulda Face ID üçün bir TrueDepth Kamera sistemi olmasıysa hələlik gözlənilmir. Nisbətən kiçik ölçülərdəki telefonda tam ekran dizayn görmə ehtimalınız isə sızıntılara baxılsa olduqca yüksəkdir.

iPhone SE modeli ilk çıxdığında 399 dollar qiymət etiketinə sahib idi və bu qiymət daha sonraları 349 dollar səviyyəsinə qədər düşmüşdü. Yeni modelin isə yenə ən az 399 dollar qiymət ilə satışa çıxa biləcəyi, hətta qiymət trendlərinə baxılsa ən ucuz iPhone modelinin 449 dollardan belə başlaya biləcəyi təxmin edilir.

Fira