Faydalı bildiyimiz diş pastalarının əslində bağırsaq düşməni olduğunu bilirdinizmi?
Mövzu dişlər olduğu zaman bir çox insanlar buna xüsusi diqqət yetirirlər. Dişlərimizi gündə bir neçə dəfə bol miqdarda diş pastası ilə təmizləmək istəyirik. Yaxşı bəs, diş pastalarının bağırsaqlarımıza zərər verdiyini bilirsinizmi?
Ağız və diş qulluğu həm xarici görünüşümüzdən həm də sağlımız baxımından ayrı bir əhəmiyyət daşıyır. Bu nöqtədə gündə bir neçə dəfə fırçaladığımız dişlərimizi əlbəttə ki, xüsusiyyətlərini və qoxusunu bəyəndiyimi diş pastaları ilə təmizləyirik. Ancaq bu təmizlik məqsədilə istifadə etdiyimiz sərinləşdirici pastalar, içərisində olan triklosan səbəbiylə təhlükə saçır. Antimikrob bir maddə olan triklosan, yalnız diş pastalarının içində deyil, gündəlik olaraq istifadə etdiyimiz minlərlə məhsulun içərisində də varlığını qoruyur.
Nümunələri artırsaq əgər, triklosan əksəriyyətlə əl sabunları, diş pastaları, duş gelləri, mətbəx vəsaitləri və hətta bəzi oyuncaqlarda belə istifadə edilir. Bu barədə mövzunu dərindən ələ alan alimlər bunun, bağırsaqlarda ciddi iltihablanmalara səbəb olduğunu təyin etdilər. Tək yan təsiri bağırsaq iltihabı deyil, məşhur olaraq görülən bir çox xəstəliyin təməli olub, kolon xərçənginə də səbəb ola bilir.
Hər mövzuda olduğu kimi bu mövzuda da ilk təcrübələr siçanlar üzərində tətbiq olundu və triklosanın yan təsirləri araşdırıldı. Kolon iltihablanması və kolon xərçəngi ilə qarşı-qarşıya qalan siçanlar isə alimlərin bu mürəkkəb üzərindəki iddialarını təsdiqlədi.
Digər tərəfdən, bəzi siçanlarda test edilmiş, rektal qanaxma, diareya, qarın ağrısı, qarın spazmları və şiş böyüməsi görülmüşdür. Ancaq gündəlik həyatda istifadə etdiyimiz bu maddələrə bağlılığımız elə çoxdur ki, içərisində bizə dərindən təsir edəcək şeylər olsa belə istifadəsini dayandıra bilmirik. Bu nöqtədə isə edilməsi lazım olan ən əhəmiyyətli şey insanların bu mövzu haqqında məlumatlanması və təbii məhsullara yönəlməsidir.
sh