P20 Pro-dan sonra üç kameralı Galaxy S10 gəlir

P20 Pro-dan sonra üç kameralı Galaxy S10 gəlir

Ağıllı telefon döyüşlərinin yaxşıca qızışdığı bu günlərdə hər kəs yeni məhsullarına yeni xüsusiyyətlər qazandırma səyindədir. Bu mövzuda üçlü kamera ilə Huawei sanki yeni bir inqilab başlatmışkən axının yeni oyunçusu isə Samsung olacaq kimidir.

Teach.az xəbər verir ki, ortaya çıxan son iddialara görə üç kameralı Galaxy S10 gəlir! İlk olaraq 2019-ci ildə tanıdılacaq olan iPhone modellərində iştirak edəcəyi deyilən üçlü kameranın indi də Galaxy S10-da istifadə ediləcəyi iddia edilir.

Cənubi Koreyalı The Information tərəfindən edilən xəbərə görə Galaxy S10, 2019 iPhone modelləriylə birlikdə üçlü kameraya sahib yeni modellər olaraq qarşımıza çıxacaq. Bunun yanında Galaxy S10 çox iddialı bir 3D sensor ilə gələcək. Üçlü kameranın necə Apple və Samsung tərəfində necə istifadə ediləcəyi isə hələ bilinməzliyini qoruyur.

Fira