Səs yazmalarında eşitdiyimiz səsimizi niyə bəyənmirik?

Səs yazmalarında eşitdiyimiz səsimizi niyə bəyənmirik?

London Universiteti, etdiyi araşdırma ilə səs qeydi etdiyimizdə öz səsimizə nifrət etməyimizin səbəbini ortaya çıxardı.
Öz səsimizi digital mühitdə qeyd edirik və sonra təkrar dinlədiyimiz zaman maraqlı şəkildə 'nə qədər iyrənc bir səsim var imiş' deyə düşünürük. London Universiteti, bunun səbəbini öyrəndi və ortaya maraqlı məlumatlar çıxdı.

Başqaları danışarkən beynimiz, havadakı səs titrəmələrini alır və bunları eşitdiyimiz səs halına gətirir. Ancaq özümüzü danışanda, bu titrəmələr iki mənbədən beynimizə gəlir. Birincisi ağzımızdan çıxan və havada irəliləyən titrəmələr, digəri isə içimizdəki səs tellərinin titrəməsidir.

Laringoloji professoru Matin Birchall, bu fenomeni Timesə verdiyi açıqlamada bu şəkildə açıqlayır: Biz danışarkən öz səsimiz sinuslarımızdan, başımızdakı boş sahələrdən və qulaqlarımızda keçdiyi üçün, biz onu başqa insanların eşitdiyi şəkildə eşitmirik. "Lakin səsimizi bir qeyddə eşitdiyimizdə səsin tək qaynağı havadakı titrəmələr olduğu üçün öz səsimizi dinlədiyimizi unudub sanki başqasını dinləyirmiş kimi qulaq asırıq. Bu da öz səsimizi bir az qəribsəməyimizə, hətta nifrət etməyimizə səbəb olur.



sh