Hindistanda niyə xərçəng yoxdu? - Bakıda yaşayan hind aşpazdan ölümsüzlük RESEPTİ - FOTO
Şərqin ən qəribə, ən maraqlı, zəngin mədəniyyət mərkəzi - Hindistan... Məşhur aktyorlar, əsrarəngiz dinlər, inanclar, eləcə də təzadlar ölkəsi... Eyni anda kasıb və varlı, açıq və qapalı, müasir və köhnə düşüncəli.
Göy gürşağının ölkəsi haqda daha maraqlı məlumatları ölkəmizdə yaşayıb, çalışan hindli aşpazların dilindən öyrənmək istədik və şəhərimizdə fəaliyyət göstərən hind restoranlarının birinə üz tutduq. Restoranın aşpazları Pradep Sink və Safer bizi əsl hind qonaqpərvərliyi ilə qarşılayıb, ölkələrinə bir neçə saatlıq qonaq etdilər.
- Neçə vaxtdır Bakıdasınız?
Pradep Sink: İki aydır. Bundan öncə 5 il Dubayda çalışmışam. Özüm Hindistanda doğulub böyümüşəm.
Safer: Mən də yeni gəlmişəm. Bundan oncə Abu Dabidə, Avstriyada hind restoranlarında çalışmışam.
- Yay mövsümüdür. Bəlkə oxucularımız arasında Hindistana səfər etmək istəyənlər var. Əsrarəngiz ölkəniz haqda məlumat verə bilərsinizmi?
Pradep Sink: Hindistanın 29 ştatı və 7 ittifaqı var. Ştatlar da öz növbəsində 642-dək kiçik ərazilərə bölünür. Bu ərazilərdə 447-dək dil və 2 min dialekt var. Məsələn mənim doğma dilimi digər bölgədə anlamırlar. Ona görə dövlət dilimiz hind və ingilis dilidir. Çox vaxt isə sadə əyalət adamları bu dillərin heç birində danışa bilmirlər. Bununla yanaşı, mətbəximiz və dinlər də fərqlidir.
- İki aşpazı bir yerdə görmüşkən, mətbəx mövzusunda danışmaq istəyirəm.
Pradep Sink: Sadaladığım ərazlərin mətbəxləri də müxtəlifdir. Düyü daha çox istehsal olunduğu üçün sizin plovunuza bənzər yeməklər hazırlayırıq. Kartof bizə Portuqaliyadan gəlib. Amma artıq hind mətbəxinin böyük hissəsini təşkil edir. Qoa adlanan ştatımızda pomidor becərilmir. Onu yerinə balqabaqdan daha çox istifadə olunur. Ümumiyyətlə, sizə bir şey deyim. Bizim mətbəximiz başdan-başa təbabətdir. Ədviyyatlarımız da buna sübutdur.
- Maraqlı məqama toxundunuz. Son illər özüm üçün bir ədviyyatınızı kəşf etmişəm: Türmerik. Çoxları onu hətta sarıköklə səhv salırlar. Bildiyimə görə, türmerik o qədər faydalıdır ki, az qalsın, ölüyə də can verir.
Pradep Sink: Doğrudur. Bildiyiniz kimi Hindistanda çirkab ərazilər də az deyil. Bəzi bölgələrimizdəki ağır həyat tərzinə rəğmən, əhalimiz çox nadir hallarda xərçəng və digər xəstəliklərə yoluxurlar. Səbəb isə çox sadədir. Bizim mətbəximiz faydalı ədviyyatlarla zəngindir. Məsələn, elə adını çəkdiyiniz türmerik mədə, ürək xəstəlikləri, şəkərli diabed, ən əsası isə xərçəngin müalicəsi yolunda olduqca effektivdir.
- Bir neçə il öncə hindistanlı bir xanım mənə türmerikin istifadə qaydasını izah etmişdi. İstərdim oxucularımıza da məlumat verək bu haqda.
Pradep Sink: Ümumiyyətlə, türkmeriki sarıkök adlı ədviyyatla səhv salırlar, amma bunlar bir-birindən fərqlidirlər. Türmerikə Azərbaycanın marketlərində rast gələ bilməzsiniz. Yalnız hind ədviyyatları dükanından, yaxud retoranlarından soruşa bilərsiniz. Tövsiyə edirəm ki, bütün yeməklərinizdə sarıkökü türmeriklə əvəzləyəsiniz. Həm profilaktik məqsədlə, həm də sadaladığımız xəstəliklərin müalicəsi üçün gecələr yatmazdan əvvəl 1 stəkan südün içərisinə 1 çay qaşığı türmerik qatıb için. Fərqi özünüz görəcəksiniz. Bundan əlavə darçın, istiot, karri və yüzlərlə digər ədviyyatlarımızın da adlarını sadalaya bilərəm.
- Ölkənizi qarış-qarış gəzdikcə fərqli mədəniyyətlərlə qarşılaşa bilərik...
Safer: Hər əyalətin, bölgənin adətləri kimi toyları, yeməkləri, musiqisi də fərqlidir. Hindistan bu baxımdan unikal ölkədir.
Pradep Sink: Məsələn mənim doğulduğum Uttarakhandda o qədər müxtəlif dil, din var ki, sayını belə itirmişəm. (Gülürük)
- Uşaqlıqdan məndə bir fikir formalaşıb ki, hindistanlıların hamısı oxumağı və rəqs etməyi bacarırlar.
Pradep Sink: Eynilə belədir. Musiqi bizim xalqımızın canındadır. Rəqslərdəki elementlər, ən xırda hərəkətlərin də öz anlamı var.
- Sizdəmi filmlərdəki ulduzlar kimi rəqs edirsiniz?
- (Gülür) Yox, mən 1 faiz az istedadlılar sırasına daxiləm. Oxumasam da, rəqs etməyi bacarıram. Amma inanın, xalqımızın 99 faizi bu bacarıqda ulduzlardan geri qalmırlar. Uttarakhandın ən məşhur rəqsi Katakalidir. İnternetdə axtarış verib, izləyə bilərsiniz.
- Mütləq izləyəcəm. Bəs karyeranıza nə vaxtdan başlamısınız?
Pradep Sink: 12-13 yaşım vardı. Kiçik kafelərdə aşpazların yanında yemək bişirmək öyrənirdim. Ondan sonra da həvəsim yarandı. Həyatımı da yeməklə bağladım. Bilirsiniz də, ən səmimi eşq yemək sevgisidir. Uzun müddət Dubayda çalışmışam. Son dayanacağım Bakıdır.
- Hind xalqı daha çox vegetarianlıq seçimi ilə diqqət çəkir.
Pradep Sink: Yox. Niyə ki?.. Deyirəm axı, bölgələrimizə görə yemək zövqü də dəyişir. Doğrudur, Hindistanda inək müqəddəs heyvan sayıldığı üçün onu yemək qadağandır, amma bir çox digər inanclara görə bu da normal sayılır. Şəxsən mən inəkdən başqa digər heyvanların ətini yeyirəm. Xüsusən də toyuq əti. Lakin biz daha çox tərəvəzlərlə qidalanırıq. Əti həftədə, hətta ayda bir dəfə yemək kifayət edir.
- Bəs Azərbaycan mətbəxini sevirsiniz?
Pradep Sink: Sevirəm. Bilirsiniz niyə? Çünki sizin ərzaqlarınız o qədər ləzzətlidir ki, dad qatmaq üçün əlavə ədviyyatlara gərək qalmır. Elə götürək kababınızı, əti yalnız duzlayıb manqalda bişirirsiniz. Nəticə isə mükəmməldir.
- Safer, siz hansı yeməklərimizi daha çox sevirsiniz?
Safer: Hamısını sevirəm. Amma pomidor-yumurta (maraqlı hind aksenti ilə tələffüz edir) ən çox sevdiyimdir.
- Necə düşünürsünüz, mətbəxlərimiz arasında bənzərliklər varmı?
Pradep Sink: Sizdə təndirdir, bizdə isə tandori. Nəticə etibarilə eyni cihazdır. Baxın, qolumu da tandoriyə çörək yapanda yandırmışam. Biz də sizin kimi tandoridə ət xörəkləri, çörək və ağlınıza gələ biləcək digər yeməkləri hazırlayırıq.
- Mənə maraqlıdır, Hindistanda Azərbaycanı tanıyırlar?
Safer: Əlbəttə, tanıyırlar. Hətta son vaxtlar görürsünüzmü nə qədər hind ölkənizə axın edir? Artıq Hindistandan gələn turistlər ərəbləri geridə qoyub.
- Turistlər arasında pakistanlılar da var, onlarla münasibətiniz necədir?
Pradep Sink: Mənim pakistanlı dostlarım çoxdur.
- Hər ikiniz hinduizm dininə sitayiş edirsiniz?
Pradep Sink: Bəli, amma biz bunu sadəcə din olaraq qəbul etmirik. Bizim üçün caynizm də, buddizm də sikxizm kimi mədəniyyət növüdür. Xristianlıq, müsəlmanlıq, iudaizm, zərdüştlük sonradan ölkəmizə gəlib. Hər ikimiz hinduizm mədəniyyətinə mənsubuq. Mən mal əti yemirəm, o isə yeyir. Hinduizm geyimimizə qadağa qoymur. Bizə demir, nəyi yeyə bilərik, nəyi geyinə bilərik. Bu sadəcə həyat tərzidir. Hinduizmin həyat fəlsəfəsi, yaşam haqda yüzlərlə kitabı var. Biz bir kitabla kifayətlənmirik. Deyə bilərəm ki, hinduizm bütün dinlərin ən kamil hissələrinin qarışımıdır. Özümüzə sərhədlər qoymuruq.
- Sərhədlərdən danışdınız. Qadın hüquqları haqda nə deyə bilərsiniz? Bildiyimə görə bir çox ərazilərinizdə qadına təcavüz hələ də pik həddədir.
Safer: Təəssüf ki, hələ də ölkəmizdə qızların təhsil almağına, sevdiyi peşədə çalışmağına, seçdiyi insanla ailə qurmağına qarşı çıxan gərəksiz adətlər var. Bəzən hətta qadına qarşı diskriminasiyadan, zorakılqdan da çəkinmirlər. Buna baxmayaraq, artıq qadın-kişi bərabərliyi bərpa olunur. Qızlarımız bütün haqlarını tələb edirlər.
- Qadınlarınızı dünyanın harasında olursa-olsun, çox vaxt saridə görürəm.
Safer: Əslində saridə gəzməyə məcbur deyillər. Sari bizim milli geyimimizdi, xanımlar bunu tariximizə sevgidən edirlər. Sari geyinməsələr də, libaslarında bir milli element mütləq olur.
- Siz də bizim qədər çay sevirsiniz?
Pradep Sink: Əlbəttə. Bizim ən məşhur çayımız "masala" adlanır. Onu südlə də içmək olur, südsüz də. Hər ailə masalanı öz reseptinə, ağız dadına görə dəmləyir.
- Sonda Hindistan haqda bir neçə maraqlı fakt da deyin, sağollaşaq.
Pradep Sink: Hindistan təqvimində 4 yox, 6 fəsil var. Breatrian bir hindlinin 70 il susuz və qidasız yaşadığı haqda da yəqin eşitmişiniz. Alimlər öncə ona inanmadılar və uzun müddət bağlı otaqda saxladılar. Bu möcüzədir. Amma həmin qoca yemədən, içmədən sağ qaldı.
Safer: Məsələn, Mumbayın çox çirkli havası var. Orada nəfəs almaq siqaret çəkmək kimi bir şeydir. Həə, bir də dünyanın ən böyük ailəsinin atası hindlidir. Onun 39 arvadı 94 uşağı var.
- Hindistan ən çox sevdiyim, maraq göstərdiyim mədəniyyət mərkəzləri sırasındadır. Sizinlə söhbətləşmək çox xoş oldu.
Pradep Sink: Minnətdaram. Siz də Hindistana mütləq gedin. Daha çox sevəcəksiniz. (publika.az)